Drawer trigger

AYƏ 80:  

  ﴿ مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ وَمَن تَوَلَّى فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ﴾   TƏRCÜMƏ:   «Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik.»   TƏFSİR:   PEYĞƏMBƏRİN SÜNNƏSİ İLAHİ VƏHY KİMİDİR.   Bu AYƏdə Peyğəmbəri-Əkrəmin (s) insanların özləri, eləcə də onların gözəl, yaxud pis əməlləri qarşısındakı mövqeyi bəyan edilərək əvvəlcə buyurulur: «Hər kəs Peyğəmbərə (s) itaət etsə, Allaha itaət etmişdir.» Buna əsasən Allah qarşısındakı itaəti Peyğəmbərə (s) itaətdən ayırmaq olmaz. Çünki Peyğəmbər (s) Allahın iradə və istəyi ilə müxalif olan heç bir iş görməz.   Sonra buyurulur: Əgər müəyyən şəxslər bu hökmdən imtina edərək sənin göstərişlərinlə müxalifətçilik etsələr sən onların əməlləri qarşısında heç bir məsuliyyət daşımırsan və icbari şəkildə onların müxalifətlərinin qarşısını almağa vəzifəli deyilsən. Sənin vəzifən yalnız ilahi risaləti təbliğ etmək, insanları yaxşılığa dəvət edib pisliklərdən çəkindirmək, eləcə də yolunu azmış xəbərsiz insanlara düz yol göstərməkdən ibarətdir.   Diqqət yetirmək lazımdır ki, bu AYƏ Peyğəmbər (s) sünnəsinin və o Həzrətin (s) hədislərinin mötəbər bir sənəd kimi qəbul olunmasının zəruri olduğunu göstərən ən aşkar bir dəlildir. Məlum olduğu kimi, Peyğəmbər (s) də «Səqəleyn» hədisinə əsasən Əhli-Beytin (ə) hədislərini sənəd hesab etmiş və onlara məhəbbət bəsləməyi aşkar şəkildə vacib bilmişdir. Buradan aydın olur ki, Əhli-Beytin (ə) əmr və fərmanlarına itaət etmək Allahın fərmanlarına itaət etməkdən başqa bir şey deyildir.   Nurul-Quran--    NİSA» SURƏSİ