Drawer trigger

MƏŞHƏDİN TARİXİ

"Məşhəd" sozu "şuhud", "huzur" və "şəhadətgah" (şəhid olunan yer) mənasındadır, və bu "məşahid" məşhəd sozunun cəmidir. Məşhəd və məşahid sozləri hicri-qəməri təqvimi ilə ucuncu yuzillikdə imamların (ə), ovliyaların və tanınmış şəxslərin məzarlarına aid edilirdi. Məsələn, o dovrdə belə deyilirdi: Morğabın Məşhədi (Fars əyalətində), Mihənənin Məşhədi (Əbu Səid Əbulxeyrin məzarı) və Tus Məşhədi, yaxud Rəzəvi Məşhəd (Xorasanda imam Əli ibn Musanın (ə) turbəsi). "Surətul-ərz" kitabının muəllifi ibn Həvqəl (367-ci h.q) yazır: "Əgər Tus da Nişapur vilayətinə aid olsa, o zaman onun şəhərləri Raykan, Təbəran və Noğandan (Toroğuz) ibarət olacaq. Əli ibn Musa ər-Rizanın (ə) qəbri Noğan şəhərinin yaxınlığında Sənabad kəndində yerləşir." 202-ci (h.q.) ildə Həzrət Riza (ə) Məmun Abbasinin əli ilə şəhadətə yetirildikdən sonra Sənabadda Harunun məqbərəsində torpağa tapşırıldı. Bundan sonra Noğanın Sənabadı "məşhəd" adı ilə tanındı və zaman kecdikcə şəhər genişlənməyə başladı. Xususilə, Şah Təhmasib Səfəvinin dovrundə şəhər bir az da vusət aldı və Tus əhalisi də Məşhədə kocurulməyə başladı. Tus Xorasanın şimal nahiyəsində Kəşfrud cayının yuxarısındakı yolda yerləşir və onun məşhur şəhərləri bunlardır: Noğan, Tabran, Radkan. Noğan ucuncu (h.q) yuzilliyin sonlarına qədər cox əhəmiyyət və etibara malik idi. Onun viranələri Məşhədin qərb hissəsində Huseynabad və Mehrabad kəndləri yaxınlığında yerləşirdi. Ondan sonra Tabəran şəhəri əhəmiyyət və vusət tapdı və sonralar Tus adı ilə tanındı. Nəhayət, oncə Sənabadda yerləşən bir məzara şamil edilən Məşhəd şəhəri yavaş-yavaş genişlənməyə başladı. 830-cu (h.q) ildən başlayaraq Noğan adı unuduldu və Tus (əslində Tabəran) şəhəri viran oldu. Onun yerini Məşhəd tutdu. Nəhayət, Səfəvilərin dovrundə Tus əyalətinin və Xorasanın mərkəzinə cevrildi. Məşhədin və Tusun fəthi 31 və 32-ci (h.q.) ildə Osmanın xilafəti zamanı musəlmanlara nəsib oldu və Əbdulməlik Mərvanın (65-86 h.q.) xilafəti zamanı Bəni Təmim ərəbləri Tus qalasını ələ kecirdilər və 125-ci (h.q.) ilə qədər əldə saxladılar. 192-ci (h.q.) ildə Harun ər-Rəşid bu diyara səfər etdi və Tusda xəstələnərək oldu. Onu imam Rizanın (ə) dəfn olunduğu yerdə basdırdılar. Bu şəhər Səlcuqilərin, İran Elxanlarının, monqolların və başqa qarətcilərin hucumlarına məruz qalmış və bir necə dəfə viran edilmişdir. Yalnız Səfəvilərin dovrundə Məşhəd şəhəri xususi rovnəq tapmış və oz abadlığını bərpa etmişdir. Məşhədin məşhur ziyarətgahları Şəhərin ən muhum ziyarətgahları və tarixi abidələri bunlardır: Həzrət imam Rizanın (ə) pak hərəmini, Govhərşad məscidini, Pirizad mədrəsəsini, Balasər mədrəsəsini, Şeyx Bəhainin məqbərəsini, Balasər məscidini, Zərrin Səqqaxanasını və s.-ni əhatə edən Astani-quds-Rəzəvi, Şah məscidi, Xacə Rəbi, Qonbəde-Səbz (yaşıl gunbəz), Nadir şahın məqbərəsi və s. ehlibeyt.clan.su