Drawer trigger

MƏSCIDDƏ ALVER ETMƏK

295. Məhəmməd peyğəmbər (s): «Kiminsə məsciddə alverlə məşğul olduğunu gödükdə ona deyin: «Allah ticarətini faydalı, səmərəli etməsin!» 8.21 MƏSCIDDƏ MEYID NAMAZI QILMAQ 296. Əbu Bəkr ibn İsa ibn Əhməd Ələvi rəvayət edir: «Məsciddə idim. Bu zaman oraya bir cənazə gətirdilər. Mən ona namaz qılmaq istədikdə‚ imam Kazım (ə) yanıma gəldi. Əlini sinəmə qoyaraq məni məsciddən çıxana qəbər itələyib‚ apardı. Buyurdu: «Ey Əbu Bəkr! Məsciddə meyid namazı qılınmaz!» 8.22 MƏSCIDDƏ HƏDD ICRA ETMƏK[3] 297. Əmr ibn Şüeyb babaları vasitəsilə nəql edir: «Allahın elçisi (s) məsciddə hədd icra etməyi qadağan etmişdir.» 298. Məhəmməd peyğəmbər (s): «Günahkarları məscidlərdə cəzalandırmaq olmaz!» 8.23 DIGƏR MƏKRUH ƏMƏLLƏR 299. Məhəmməd peyğəmbər (s): «Məsciddə qılınclar qınlarından çıxmaz, oxlar atılmaz, Allaha and içilməz, yarım günlük istirahət etmək istəyən qonaqlara mane olmaq olmaz! Məscidlər nəqqaşlıq və şüşə ilə bəzədilmiş bina şəkilində tikilməz! Ümumiyyətlə‚ məscidlər əmin-amanlıq məkanıdır. Səxavət və kəramətlə şərəf tapmışdır.» 300. Rəsulallah (s): «Bəzi işlər məscidə layiq deyil: Məscidi keçid yoluna çevirmək. Orada qılıncları qınlarından çıxarmaq olmaz, günahkarlar cəzalandırılmaz, kimdənsə qisas alınmaq. Məscidi bazar etmək qadağandır.» 301. İmam Əli (ə): «Allahın Rəsulu (s) məsciddə günahkarları cəzalandırmağı‚ uca səslə danışmağı‚ itirdiyini tapmaq üçün elan verməyi‚ qılıncları qınından çıxarmağı‚ ox atmağı‚ alver etməyi‚ qiblə tərəfdə silah asmağı və nizə düzəltməyi qadağan etmişdir.»   302. Məhəmməd peyğəmbər (s): «Körpə uşaqları və dəlilərinizi məsciddən uzaqlaşdırın. Məsciddə ticarət etməyin.» 303. Məhəmməd ibn Müslim rəvayət edir: «İmam Baqir (ə) (ya imam Sadiq (ə)) buyurdu: «Peyğəmbər (s) məsciddə qılınc çəkməyi‚ nizə düzəltməyi qadağan etdi. O həzrət (s) buyurdu: «Şübhəsiz‚ məscidlər belə işlər üçün deyil‚ başqa məqsədlər üçün inşa edilmişdir.» 304. Əmr ibn Şüeyb babalarından belə nəql edir: «Allahın Rəsulu (s) məsciddə alver etməyi‚ itirilən şeylər üçün elan verməyi və şer oxunmağı qadağan etdi.» 305. Allah-Təala mənə belə vəhy etdi: «Ey peyğəmbərlərin və xalqa xəbərdarlıq edənlərin qardaşı! Ümmətinə xəbərdarlıq et! Onlardan heç kim bəndələrimdən birinin haqqı boynunda olduğu halda evlərimdən (məscid) heç birinə daxil olmasın! Çünki ona qarşımda namaz qıldığı halda olsa da‚ nə qədər ki‚ mənim bəndəmin haqqını qaytarmayıb‚ nifrin (qarğış‚ bəddua) edərəm. Amma bəndəmin haqqını ödəsə‚ onun eşıdən qulqları‚ görən gözləri olaram. O‚ mənim dostlarım və seçilmiş yaxınlarımdan birinə çevrilər. Behiştdə peyğəmbərlər‚ siddiqlər (düzgün əməlli və doğru danışan‚ sədaqətli insanlar)‚ şəhidlər və saleh əməlli insanlarla birgə Mənim qonşum olar.» 306. Allah-Təala peyğəmbərlərindən birinə belə vəhy etdi: «Nə üçün bəndələrim günahkar qəlbləri‚ pak olmayan əlləri ilə evlərimə (məscid) daxil olurlar?! Mənə lovğalıqmı edirlər?! Yoxsa Məni aldatmaqmı istəyirlər?! İzzət və şərəfimə and olsun‚ onları elə bir bəlaya mübtəla edərəm ki‚ dözümlü və səbirli şəxs belə ona tab gətirə bilməz! Belə insanların arasından, yalnız qərq olduğu zaman dua edən (tövbə edən) kəslər qurtular və nicat tapar.» 307. İmam Əli (ə): «Allah-Təala məsih İsa ibn Məryəmə (ə) belə vəhy etdi: «Bəni-İsrail zadəganlarına de: «Evlərimə (məscid), yalnız təmiz qəlblər‚ məsum baxışlar və günaha bulaşmamış‚ pak əllərlə daxil olun! Bəndələrimdən birinin haqqını tapdalayan heç bir kəsin duasını (nə qədər ki‚ onun haqqını əta etməyib) qəbul etməyəcəyəm!»       Məscid kitabından....