Drawer trigger

MƏSCIDI SÖKMƏK

  Qurani-kərim buyurur: «Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi‚ sözsüz ki‚ içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar)‚ kilsələr‚ məbədlər və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə, dağılmasına çalışanlardan daha zalım kim ola bilər?! Halbuki, onlar oraya (məscidlərə), ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq‚ Axirətdə isə böyük əzab gözləyir!» 320. Məhəmməd peyğəmbər (s): «Zalım şəxsin hakimiyyəti zamanı ... məscidlər dağıdılar‚ ilahi sünnə və dini dəyərlər tərk edilər».               Məscid kitabından....