CƏNABƏTLI ŞƏXSİN VƏ YA HEYZLI QADININ MƏSCIDƏ BIR ŞEY QOYMASI

  318. Abdullah ibn Sənan nəql edir: «İmam Sadiqdən (ə) soruşdum: «Cənabətli və heyizli şəxs məsciddən öz malını – əşyasını götürə bilərmi?» Buyurdu (ə): «Bəli‚ lakin (belə şəraitdə) məscidə bir şey qoya bilməz.» 319. Zürarə nəql edir: «İmam Baqirdən (ə) soruşdum: «Necə olur ki‚ heyzli qadın məscidə qoyduğu şeyi götürə bilər‚ amma oraya bir şey qoya bilməz?» İmam (ə) buyurdu: «Çünki heyzli şəxs əlindəki malı başqa bir yerə də qoya bilər‚ amma məsciddəki malını, təbii ki‚ oradan götürməlidir.»           Məscid kitabından....