Həzrət Əbu Talibin imanlı olması barəsində daha bir hədis bəyan edin.

Cavab: Hədisi qüdsidə İmam Sadiq (əleyhissalam) belə buyurur: “Cəbrəil Həzrəti Rəsuli Əkrəmə (s.ə.v.v) nazil olub dedi: Ya Məhəmməd! Allah sənə salam göndərib buyurur: “Mən cəhənnəm odunu sənin çıxdığın sülbə, səni özündə yer verən bətnə və sənin böyüyüb boya-başa çatdığın ağuşa haram etdim.” Peyğəmbər Əbdüllahın sülbündən yaranmışdı onun yerləşdiyi bətn Vəhəbin qızı Amənənin bətni idi, tərbiyə alıb boya-başa çatdığı ağuş isə Əbu Talib idi. (İbni Fəzzalın rəvayətində bundan əlavə, Fatimə binti Əsədin də ağuşu qeyd olunmuşdur.) Digər bir qüdsi hədisdə İmam Həsən Əskəri (əleyhissalam) belə buyurdu: Allah Məhəmmədə belə vəhy etdi: “Ey Məhəmməd, Mən səni iki dəstə ardıcıllarla qüvvətləndirdim: Birinci dəstə səni sevən və xəlvətdə, məxfi şəkildə sənə kömək edənlərdir. Onların ağası və ən fəzilətlisi Əbu Talibdir. İkinci dəstə isə sənə açıq-aşkar şəkildə kömək edənlərdir. Onların da başçısı və ən fəzilətlisi Əli ibni Əbu Talibdir. NUR-AZ.COM