İbadətlərimizi ləzzətlə yerinə yetirmək üçün tövsiyələr
İbadətlərimizi ləzzətlə yerinə yetirmək üçün tövsiyələr
0 Vote
142 View
Məsumlar (ə) buyurur: "Müstəhəbləri elə yerinə yetirin ki, sizin vacibatlarınıza zərər vurmasın”. Həmçinin buyururlar: "Müstəhəbləri o yerə qədər ki, onlardan ləzzət alırsınız, yerinə yetirin. Nə zaman hiss etsəniz ki, onlara meyliniz yoxdur, müstəhəbləri boş buraxıb vacibatların sorağına gedin. Vacibatlarla kifayət edin”. Bu hədislərdən də göründüyü kimi, insan müstəhəbləri yerinə yetirən zaman onlardan ləzzət almalı və onu sevinclə yerinə yetirməlidir. Müstəhəbləri yerinə yetirmək üçün xüsusi proqrama malik olmaq lazımdır. Belə ki, diama dəstəmazlı olmaq, nafilə namazı, gecə namazlarını qılmaq, Quran oxumaq, ALLAHla münacat etmək üçün xüsusi proqrama malik olmaq lazımdır. Hər birini öz zamanında yerinə yetirmək lazımdır. Əgər insan bu əməllərin fəzilətlərini dərk edərsə, onları yerinə yetirən zaman xüsusi ləzzət alar. İlk məhrələni daima dəstəmazlı olmaqla başlayın. Ondan sonra hər bir müsəlman özünü məkruh və haramlardan qorumaq üçün gərək dörd göstərişə əməl etsin. 1. Məşaritə. İnsan hər gün sübh namazından sonra öz nəfsi ilə əhd-peyman bağlayır ki, hansı işləri görsə və ya hansı işləri tərk etsə, onun ziyanlarını və xeyirlərini öz nəfsinə bəyan etsin. Sonra da öz nəfsindən öhdəçilk alsın və onunla şərt bağlasın ki, bu işləri görməkdə səhlənkarlıq etməsin. Əgər səhlənkarlıq etsələr, cəzalanacaqdır. Cəza növünü də özünüz üçün müəyyən edin. 2. Müraqibət. İnsan gün ərzində nəfsinə nəzarət etməlidir. Onu özbaşına buraxmamalıdır. Çünki əgər nəfsini özbaşına buraxsan, bütün göstərişləri unudar, əhd və peymanı sındırmış olar. Həmçinin gördüyü işləri xalis şəkildə görməyə çalışsın. Şirkdən, riya və minnətdən uzaq olsun. 3. Mühasibə. Hər günün sonunda yatmamışdan qabaq müəyyən zaman təyin edib, gün ərzində gördükləri işlərin hesabını çəksin. Əgər gördüyü işləri qoyduğu şərtlərə uyğun gəlirsə, nəfsinə dua etsin və ALLAHa şükür etsin. Əgər səhlankarlıq edirsə, ondan qəzasını tələb etsin. Əgər günah işlədibsə, onu danlasın. 4. Məatibə və istifa. Əgər nəfsini hesaba çəkəndən sonra görsə ki, səhlankarlıq edibdir, sadə şəkildə onu boş buraxmasın. Çünki əgər laqeyd olarsa, nəfs daha çox günah etməyə cürət əldə edəcəkdir. Ona görə də nəfsi tənbeh və cəzalandırmaq lazımdır. Onu çətin ibadətlər və sədəqə ilə tənbeh etsin. Əgər şübhəli yemək yeyibsə, onu ac saxlasın. Əgər müsəlmanın qeybətini qılıbsa, onu mədh etsin. Əgər namazında səhlənkarlıq edibsə, çox sayda namaz qılsın. Əgər biz bu dörd göstərişə ibadətlərimizdə riayət etsək, ALLAHın lütf və inayəti ilə daha çox irəli gedər və ibadətlərimizdən ləzzət alarıq. İbadətlərimizdən ləzzət almağımıza təsir edən amillərdən biri də alimlərlə oturub-durmaqdır. İnsan əgər ibadətdən həqiqi ləzzət alarsa, bir daha onu əldən verməyə çalışmaz. Qadinlar.biz