İnsan öz sağlamlığına nə qədər fikir verməlidir?
İnsan öz sağlamlığına nə qədər fikir verməlidir?
0 Vote
107 View
Cavab: İslam dini orqanizm üçün zərərli şeylərə qadağan qoyub. Bəzi heyvanların əti, spirtli içkilər məhz bu məqsədlə haram buyurulur. İnsan sağlamlığının əsas amillərindən biri təmizliyin qorunmasıdır. Həzrət peyğəmbər (s) buyurur: “Təmizlik imadandır” İmam Musa ibn Cəfər (ə) buyurur: “Gündə bir dəfə hamada yuyunmaq qüvvəni artırır.” Heç bir dində təmizliyə bu qədər əhəmiyyət verilməmişdir. Yeməkdən qabaq və sonra əlləri yumaq, ağız və burunun yaxalanması, saçın və saqqalın daranması dini gigiyenik göstərişlərdir. İbadət zamanı bədənin, paltarın, namaz qılınan yerin təmizliyi, eləcə də, dəstəmaz və qüsl sağlamlığın qorunmasında böyük rol oynayır. Maraqlıdır ki, dəstəmaz və qüsldən qabaq bədəndə dərinin islanmasına mane olacaq heç bir ləkə olmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlara əziyyət vermək qorxusu olmasaydı, onlara dişlərini yumaq vacib buyurardılar” İnsan nəfs aldıqda havadakı tozların qarşısını burundakı tüklər alır. İslamda göstəriş verilir ki, hər gün dəstəmazdan qabaq buruna su çəkib buraxmaqla bu çirklər təmizlənməlidir. Burunun bu üsulla təmizlənməsi “istinşaq” adlanır. Fiziki sağlamalıq mühümdür. Həzrət peyğəmbər (s) buyurur ki, duaların qəbul məqamında Allahdan sağlamlıq istəyin.