Quran Peyğəmbərə neçə dəfə nazil olub?
Quran Peyğəmbərə neçə dəfə nazil olub?
Author :
nur-az.com
0 Vote
362 View
Quran Peyğəmbərə neçə dəfə nazil olub? Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib? Sual: Quran Peyğəmbərə neçə dəfə nazil olub? Cavab: Quran Peyğəmbərə 2 dəfə nazil olub: bir dəfəyə (“Qədr” surəsinin ilk ayəsinə görə) və tədricən (“Əsra” surəsinin 106-cı ayəsinə görə). Sual: Quran oxumaq üçün hansı müstəhəb əməllərə riayət etmək lazımdır? Cavab: Quran oxuyanda aşağıdakı şərtlərə riayət etmək lazımdır: 1- Paklıq və təharət (dəstəmazlı olmaq); Əgər Quran oxuyanda əllərin onun yazılarına dəyməsi ehtimalı verilsə, onda hökmən gərək dəstəmaz alınmalıdır. 2- Ağzın paklığı (dişləri fırçalamaq); 3- İxlas üzündən və Allaha görə oxumaq; 4- Qurandan qabaq məxsus duaları oxumaq; 5- “Nəhl” surəsinin 98-ci ayəsində buyurulan “əuzu billahi minəş-şeytanirrəcim” sözünü deyək. 6- Quranı üzündən oxumaq; hətta əzbərdən bilsə belə; bu iş günahların bağışlanmasına səbəb olur. 7- Gözəl səs ilə oxumaq; 8- Ərəb ləhcəsi ilə oxumaq; 9-Quran hər bir müsəlmanın səadətə çatmağı üçün bir proqramdır. Bu səbəbdən hər gün ən azı on ayə oxuması yaxşıdır. 10- Mənasına diqqət etmək; 11- Ahəstə və yavaş-yavaş oxumaq; 12- Quran oxunan zaman qulaq asmaq və sükut etmək; 13- Səcdə ayələrinə çatanda səcdə etmək; 14- Quranı xətm etmək (qurtarmaq); 15- Quranı əzbərləmək; 16- Quranı münasib yerdə saxlamaq; 17- Quranın qarşısında ədəb qaydalarına riayət etmək; 18- Quran oxunduğundan sonra “sədəqəllahül-əliyyul-əzim” demək 19- Quran oxunduqdan sonra dua oxumaq. Sual: Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib? Cavab: Hədislərdə gəlib ki, Quran oxumaq evləri nurani edər, bərəkətini çoxaldar. Mələklər orada hazır olar, şeytanlar o evdən uzaqlaşarlar. O ev asiman əhli üçün nurani olar. Sual: İmam Hüseyn əleyhissalamın kəsik başının Şam məscidində nizədə oxuduğu ayə hansı ayədir? Cavab: “Kəhf” surəsinin 9-cu ayəsidir. Sual: Həzrət Zəhranın (s.ə) şəninə nazil olan surə hansıdır? Cavab: “Kovsər” surəsidir. Sual: Allahın bütün behişt nemətlərindən danışdığı lakin Həzrəti Zəhranın əleyhissalam ehtiramına görə Hurul-eynin adını çəkmədiyi surə hansıdır? Cavab: “İnsan”, yaxud da “Həl əta” surəsidir. Sual: Hansı kitablar Quranın “bacı” və “qardaş” kimi məhşur laşıblar? Cavab: İmam Əli əleyhissalamın “Nəhcül-bəlağə”si Quranın qardaşı, İmam Səccad əleyhissalamın “Səhifeyi-Səccadiyyə” kitabı isə Quranın bacısı adlanır. Sual: Hansı asiman kitablar Ramazan ayında nazil olub? Cavab: “Tövrat”, “İncil”, “Zəbur”, “Suhuf” və “Quran” Ramazan ayında nazil olub.