Daş ürəkli olmaq

Daş ürəkli olmaq elə bir mənfi xüsusiyyətdir ki, Adəm övladı bu hala düşdükdə başqalarının ağrı və müsibətləri ona təsir etməz. Bu halın mənşəyi biganəlik qüvvəsinin artmasıdır. ("Camius-səadət" c.1, səh.369) Zülm, başqalarına əziyyət vermək, məzlumların çağırışına cavab verməmək, fəqir və ehtiyacı olanlara əl tutmamaq və bu kimi digər mənfi xüsusiyyətlər ürəyin daşlanmasının nəticəsidir. Belə bir xəstəliyi müalicə etmək çox çətindir. Bu xəstəliyə düçar olanlar bacardıqca səmimi qəlbdən irəli gələn əməllərə can atmalı, nəfslərini feyz aləmindən əlavə mülayimlik sifətini qəbul etməyə hazırlamalıdırlar. Bununla da onların ürəklərindəki qəsavət aradan hedəcəkdir. Əgər onlar bununla özlərini müalicə edə bilməsələr, deməli, artıq Adəm övladının hüdudlarından kənardırlar. Allah-Təala buyurur: فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً "(İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik." ("Maidə" surəsi, ayə 13) Rəsulullahdan (s) nəql edilən rəvayətdə deyilir: "Allahın zikrindən başqa çox danışmayın. Çox danışmaq ürəyi sərtləşdirir. Allaha ən uzaq olan daşürəkli insanlardır" ("Kənzul-Ummal" 1740, 18960-cı hədislər) İmam Əmirəl-möminindən (ə) nəql edilən rəvayətdə buyurulur: "Göz yaşlarının quruması yalnız ürəyin sərtliyindən, ürəyin sərtliyi isə günahların çoxluğundandır" ("Biharul-Ənvar" c.70, səh.55) Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: "Üç şey ürəyi sərtləşdirir: Musiqiyə qulaq asmaq, ov etmək və zalım hakimiyyətin xidmətində dayanmaq" ("Biharul-Ənvar" c.75, səh.370) Məryəm oğlu İsa (ə) nəql edilən rəvayətdə buyurub: " Əgər bir minik heyvanı minilməsə, əhəlləşməsə və ondan sitifadə edilməsə xüsusiyyəti dəyişər və istifadəsi çətinləşər. Həmçinin, əgər ürəklər ölümü xatırlamaqla mülayimləşməsə, ibadətin üstü paslanar, ürək daşlaşar və sərtləşər" ("Biharul-Ənvar" c.14, səh.309) Sədi Şirazi şerlərinin birində deyir: Adəm övladları sanki bir bədənin üzvləridir. Çünki onlar bir cövhərdən yaradılmışlar. Əgər onlardan biri dünyanın təsirindən ağrı çəkərsə, sair üzvlərdə ağrı çəkər. əgər sən başqalarının dərdinə şərik olmasan, o zaman, özünü Adəm övladı adlandırmağa layiq deyilsən.     Qadinlar.biz