Gedən fürsətlər bir daha geri qayıtmaz

Uşaqlığımdan bəri dar məkanlardan sıxılar və bu cür yerlərdən fəryad edərcəsinə uzaqlaşırdım. Yaşım irəlilədikcə bunun bir xəstəlik olduğunu anlamış, lakin bu xəstəlikdən heç cür qurtula bilməmişdim ... Halbuki dar məkanlara, indi istər-istəməz girəcəktim ... Məni sarmış və uzunca bir tabuta yerləşdirmişdilər. Ətrafımda gəzənlərin səsini çox yaxşı eşidir və gözlərim bağlı olmasına baxmayaraq, hər necəsə onları görə bilirdim ... - Gənc yaşda öldü yazıq, deyirdilər. Halbuki edəcək nə qədər çox iş var idi ... Həqiqətən də bir çox işim yarım qalmışdı. Məsələn, oğluma yaxşı bir iş yeri aça bilməmiş, avtomobil ilə rəngli televizorun kreditlərini hələ bitirməmişdim. Böyük bir firma qurub dostlarımı orada yığmaq da artıq xəyal olmuşdu.Üstəlik qış çox yaxınlaşdığı halda odun-kömür işini həll edə bilməmiş və damın axan yerlərini düzəltməmişdim ... Yarıda qalan işlərimi arxa-arxaya sıralayarkən, qulaqlarımı cingildədən bir səslə diksindim. Sanki mikrofonla deyilən bu səs, beynimin ən ucqar guşələrində təkrarlanır və: "Keçdi artıq, keçdi .." deyirdi ... İçimdən "Kaş ki keçməmiş olsaydı." deyirdim. Haradan başıma gəlmişdi o qəza bilmirəm ki ..? Halbuki nə qədər də yaxşı avtomobil idarə edirdim. Olub bitənləri xatırlamağa çalışarkən, dostlarımın ətrafımı sardığını və içində olduğum tabutun qapağını örtməyə çalışdıqlarını fərqinə vardım. Onlara maneə törətmək üçün avazım çıxdığı qədər qışqırmaq və çırpınmaq istədiyim halda nə tərpənə bilir, nə də bir səs çıxarta bilirdim. Bir az sonra tünd bir qaranlıqda qalmış və gözlərimi tabutun taxtaları arasından sızan işığa çevirmiştim. Dəhşət içində: - Aman Allahım, dedim. Nə olacaq indi halım ..? Qorxudan heç bir şey düşünə bilmirdim. Bu vaxt çiyinlərə qaldırılmış və sallana sallana aparılmağa başladım. Çöldəki səslərdən yağış yağdığı müəyyən olur və su damcılarının səsi, tabutumun qıcırtısına qarışırdı. Cənazə namazı üçün məscidə gedir olmalıydıq. Məscid deyincə ağlıma gəlmişdi. Çox yaxınımızda olmasına və hər gün 5 dəfə dəvət edilməyimə baxmayaraq heç cür vaxt tapıb getməmiştim. Amma hər zaman dediyim kimi 50 yaşına gəlincə namaza başlayacaq və hər kəsin şikayət etdiyi pis vərdişlərimi tərk edəcəkdim. Bəli bəli, bu qəza olmasaydı, gələcəkdə nə yaxşı bir insan olacaqdım ... Daha əvvəldən eşitdiyim və haradan gəldiyini tapa bilmədiyim səs: - "Keçdi artıq, keçdi." Deyə təkrarladı .. "Bitdi artıq." Bir az sonra namazım qılınmış və təkrar çiyinlərə qaldırılmışdım. Məhəlləmizdəki çayxanada qarşısından keçərkən, hər gün oyun oynadığımız yoldaşların şən gülüşlərini eşidir və "hərhalda ölüm xəbərimi eşitməmiş olacaqlar" deyə düşünürdüm. Səslər uzaqlaşdığında əyik bir şəkildə taşındığımı hiss edərək, qəbiristanlığa çıxan yoxuşu çıxdığımızı anladım. Şiddətlə yağan yağışın tabuttaki çatlaqlardan sızaraq kəfənimi bəzən islatdığını da düşürdüm. Buna baxmayaraq çöldə danışılanlara qulaq asdım. Dostlarımın bir qismi bazardakı durğunluqdan bəhs edir, bir qismi də milli komandanın son oyunundan danışırdı. Tabutumu daşıyan digər biri isə yanındakının qulağına pıçıldayaraq: Rəhmətliyin tərsliyi, öldüyü gündən müəyyəndi, deyirdi. Tamamilə islandıq qardaş ..! Eşitdiklərim hərhalda səhv olmalı idi. Yoxsa bunlar, yuxularımı onlar üçün fəda etdiyim dostlarım deyildimi? Səfərim bir müddət sonra bitmiş və tabutum yerə endirilmişdi. Qapaq təkrar açıldı və cansız bədənimi tutan qollar, məni dibində su toplanmış olan çuxura doğru endirdi ... Yatdığım yerdən ətrafıma baxdım ... Aman Allahım, bu qəbir deyildimi? O vaxta qədər bura girəcəyimi niyə düşünməmişdim ... Səssiz fəryadlarımı kimsə eşitmirdi və dostlarımın üzərimi örtmək üçün yarışdığını hiss edirdim. Təkrar zülmət qaranlıqda qalmış və bütün acizliyimlə dua etməyə başlamışdım ... - Ya Rəbbim, deyirdim. Bir fürsət daha yoxmu, sənin istədiyin kimi bir qul olum. Və qəbrimi, Cənnət bağçalarından bir bağçaya çevirim? Eyni səs, hər zamankindən daha şiddətli olaraq: "Keçdi artıq, keçdi." deyə təkrarladı. "Hər şey bitdi artıq." Məzarımı örtən taxtaları üzərinə atılan torpağın çıxardığı səs göy gurultusunu xatırladır və bütün mənliyimi sarsırdı ... Son bir səylə yerimdən atılaraq gözlərimi açdım. Otağımdakı rahat yatağımda yatır, lakin qorxunc bir kabus görürdüm. Bitişik dairədə oturan həkim yoldaşım məni ayıltmaya çalışaraq: "Keçdi artıq, keçdi." deyə qışqırıb dayanırdı. "Keçdi, bax heç bir şey qalmadı." Yatdığım yerdən yavaşca dikəldim. Tərdən islanmış və sanki 20 kilo birdən vermişdim. Çöldə leysan halında yağış yağır, şimşək və göy gurultusundan bütün ev sarsılırdı. Ətrafımdakıların çaşqın baxışları arasında özümü yığışdırmağa çalışarkən: - Ya Rəbbim, sənə şükürlər olsun, deyirdim. Yaxşı bir qul olmaq üçün ya bir fürsət daha verməsəydin?...             Qadinlar.biz