Hz Əli bin Əbu Talibdən (ə) rəvayət olunur ki, o dedi: Mən Allahın yaxını, kəlamı, qəlbi və daxil olan qapısıyam. O qapıdan səcdə edərək, daxil olun, sizlərin günahlarınızı bağışlayım, mühsinlərin (savabını) daha da artırım. Mənimlə və mənim əlimlə Qiyamət qopacaq. Mənə yalnız batil (əhli) şübhə edər. Mən əvvələm və sonuncuyam, zahirəm və batinəm, mən hər şeyi bilirəm. ("Biharul-ənvar", cild 39, səh.348) Bu hedis heqiqeten biharul envar da varmi? ve sehihdirmi bu hedis? sehifesi ve cildi ola biler sehv gosterilsin.
Hz Əli bin Əbu Talibdən (ə) rəvayət olunur ki, o dedi: Mən Allahın yaxını, kəlamı, qəlbi və daxil olan qapısıyam. O qapıdan səcdə edərək, daxil olun, sizlərin günahlarınızı bağışlayım, mühsinlərin (savabını) daha da artırım. Mənimlə və mənim əlimlə Qiyamət qopacaq. Mənə yalnız batil (əhli) şübhə edər. Mən əvvələm və sonuncuyam, zahirəm və batinəm, mən hər şeyi bilirəm. ("Biharul-ənvar", cild 39, səh.348) Bu hedis heqiqeten biharul envar da varmi? ve sehihdirmi bu hedis? sehifesi ve cildi ola biler sehv gosterilsin.
0 Vote
85 View
Cavab: Bu cür hədislər ola bilsin ki, "Ğali" (Əlini -ə- Allah kimi tanıyanlar) tərəfindən qondarılsın. Buna görə hədisin sənədi araşdırılmalıdır. Əgər sənəd düzgün olarsa, bu zaman hədisin mətni Quran ayələri, doğruluğu sübut olmuş hədsilər və elmi dəlillərlə müqayisə edilməli və müqayisə zamanı onun doğruluğu sübut olunarsa qəbul və zəifliyi sübut olunarsa rədd edilir. Amma siz dediyiniz hədis bizim mühüm kitablarda özünə xüsusi yer tutmuşdur. Və bu hədislər dərin mənasına görə düşünülməsi çətin və insanı çaşdırandırlar. Buna görə də diqqətli olmalı və müxaliflərin şübhəlinə aldanmamalıyıq. Siz vurğuladığını hədislərin mənasını, məsum imamlarımız başqa hədislərdə izah etmişdirlər. Və elə siz deyən hədisin sonunda İmam Əli (ə) öz sözlərini izah etmiş və mənasını açıqlamışdır. Və həmçinin sizin sualda qeyd etdiyiniz "Bu qapıdan səcdə edərk daxil olun, mən sizin günahlarınızı bağışlayım və savabınızı artırım" kəlamı Əlidən (ə) deyil, bəlkə Əlinin (ə) xütbə zamanı istinad etdiyi Quran ayəsidir (Bəqərə/58 və Əraf/161). Əli (ə) bu ayəni burada oxumaqla bildirmək istəyir ki, bu ayənin təfsiri biz əhli-beytik. Əgər Allaha düzgün və doğru ibadət və itaət etmək istəyirsinizsə, bizim qapıya gəlin və bizim elmimizdən faydalanın.Bizim vaxtımızın dar olduğu üçün sizə daha ətraflı cavabı sonra yazacağıq. İndilik isə həmin hədisin ərəbcə mətnini və sizə lazım olan yerlərinin tərcüməsini sayta yerləşdiririk. 1- « قَالَ سَمِعْتُ أَمِيرَ الْمُؤْمِنِينَ (ع)يَقُولُ: «أَنَا عَيْنُ(1) اللَّهِ (2) وَ أَنَا جَنْبُ(3) اللَّهِ (4) وَ أَنَا يَدُ اللَّهِ وَ أَنَا بَابُ اللَّه(5)... أَنَا عِلْمُ اللَّهِ وَ أَنَا قَلْبُ اللَّهِ الْوَاعِي(6) وَ لِسَانُ اللَّهِ النَّاطِقُ وَ عَيْنُ اللَّهِ [النَّاظِرَةُ]». (بحار الأنوار الجامعة لدرر أخبار الأئمة الأطهار، ج24ص194، باب53؛ التوحيد للصدوق ص 165، باب23، ح1؛ [1] - الكافي، ج1، 145، باب النوادر، ح8)؛1- Əli (ə) buyurur: "Mən Allahın gözü (dininin qoruyucusu), yaxını, əli (Allahın dinini insanlar arasında qoruyan və yayan vasitə) və qapısıyam (insanları düz yola hidayət edən ilahi elm sahibi)... Mən Allahın elmi və qəlbi (elminin hafizi) və danışan dili və baxan gözüyəm". (Əl-Kafi, Şeyx Kuleyni, 1/145, (Babun-nəvadir), hədis:8; Ət-Təvhid, Şeyx Səduq, səh.165, hissə:23, hədis:1; Biharul-ənvar, 24/194, hissə:53);Qeydlər: 1)- Dinin qoruyucusu2) (- Allah-taala Qurani-kərimdə buyurur: «وَ حَمَلْناهُ عَلى ذاتِ أَلْواحٍ وَ دُسُرٍ- تَجْري بِأَعْيُنِنا جَزاءً لِمَنْ كانَ كُفِر» "Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik. (Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) nəzarətimiz altında üzüb gedirdi". (Qəmər surəsi 14 və 15- ci ayələr).3) - Başqa hədislərə əsasən bu söz belə məna olunur: "Mənim vilayətimi qəbul etmək, Allaha itaət etməkdir". Həmçinin bu söz Allaha mənəvi cəhətdən ən yaxın olan adamın barəsində işlədilir. Amma lüğət kitablarına əsasən isə bu söz belə məna verəcək: "Mən Allahın itaətində olan kiçik bir məxluqam" və ya "Mən Allahın ibadət və itaətində kiçikəm – yəni Allaha layiq ibadət etməkdən acizəm".4) "yəni Allaha yaxın olmaqın ən uca dərəcəsi"5) "yəni Allahın lütfü və mərhəməti öz bəndələrinə onun vasitəsilədir və insanlar gərək onun vasitəsilə itaət etməyi və qanunları öyrənsinlər".6)- - "Ənə qəlbullahil-vaii": Yəni mən bir kəsəm ki, Allah-taala mənim qəlbimi öz elmi üçün məkan qərar vermişdir. Və bu elmlə də mənim qəlbimə ona itaət etməyi vacib etmişdir. Burada Əli (ə) özünü Allaha qəlb kimi nisbət verməklə, bu qəlbin sahibi və yaradanının Allah olduğunu bildirmişdir. Necə ki, biz Kəbəyə "Beytullah" deyirik. Və ya Əbdullah, Xeyrullah, Seyfullah və Eynullah kimi sözlərdən dilimizdə işlədirik.2- « قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ (ع) فِي خُطْبَتِهِ أَنَا الْهَادِي وَ أَنَا الْمُهْتَدِي وَ أَنَا أَبُو الْيَتَامَى وَ الْمَسَاكِينِ وَ زَوْجُ الْأَرَامِلِ وَ أَنَا مَلْجَأُ كُلِ ضَعِيفٍ وَ مَأْمَنُ كُلِّ خَائِفٍ وَ أَنَا قَائِدُ الْمُؤْمِنِينَ إِلَى الْجَنَّةِ وَ أَنَا حَبْلُ اللَّهِ الْمَتِينُ وَ أَنَا عُرْوَةُ اللَّهِ الْوُثْقَى وَ كَلِمَةُ التَّقْوَى وَ أَنَا عَيْنُ اللَّهِ وَ لِسَانُهُ الصَّادِقُ وَ يَدُهُ وَ أَنَا جَنْبُ اللَّهِ الَّذِي يَقُولُ «أَنْ تَقُولَ نَفْسٌ يا حَسْرَتى عَلى ما فَرَّطْتُ فِي جَنْبِ اللَّهِ (الزمر/56)»(1) وَ أَنَا يَدُ اللَّهِ الْمَبْسُوطَةُ عَلَى عِبَادِهِ بِالرَّحْمَةِ وَ الْمَغْفِرَةِ وَ أَنَا بَابُ حِطَّةٍ مَنْ عَرَفَنِي وَ عَرَفَ حَقِّي فَقَدْ عَرَفَ رَبَّهُ لِأَنِّي وَصِيُّ نَبِيِّهِ فِي أَرْضِهِ وَ حُجَّتُهُ عَلَى خَلْقِهِ لَا يُنْكِرُ هَذَا إِلَّا رَادٌّ عَلَى اللَّهِ وَ رَسُولِهِ» (التوحيد للصدوق، ص165، باب22،حديث2)؛Qeyd: 1)- Yəni Mənim Vilayətimdə təfrit edən Allahın itaətində təfrit etmişdir.Tərcümə: 2- "Əli (ə) buyurur: "Mən (insanları Allaha) hidayət edən və (özüm Allah tərəfindən hidayət olunmuşam. Mən yetim və miskinlərin atası, dul qadınların nəfəqəsini verən, ziflərin pənah yeri, 10qorxanların sığınacağıyam. Mən möminləri cənnətə tərəf rəhbərlik edən, Allahın möhkəm, etimadlı və qırılmaz ipi, qoxudan kəlamıyam. Mən Allahın gözü, düz danışan dili və əliyəm. Və mən Allahın həmin "Cənbi – (yaxını)"yəm ki, buyurur: " (Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!" - deməsin". Mən Allahın bəndələrinə rəhmət və məğfirətlə uzatdığı əliyəm. Mən "hittə"(1) qapısıyam ki, hər kəs məni və mənim haqqımı tanısa, həqiqətəndə Rəbbini tanımışdır. Çünki, mən onun Peyğəmbərinin yer üzündə vəsisi (canişini) və xalqa höccətəm. Hər kəs bunu (mənim vəsi və höccət) olduğumu rədd etsə, Allahı və onun peyğəmbərini rədd etmişdir". (Ət-Təvhid, Şeyx Səduq, səh. 165, hissə:22, hədis:2). Qeyd: 1)- Allah-taala Bəni-İsraili 40 gün çöllərdə sərgərdan etdikdən sonra, onlara əmr etdiki şəhərə daxil olarkən bu sözü desinlər ki, Allah-taala onların günahlarını bağışlasın. Mənası "yaxşı və savab söz" deməkdir. Lakin Bəni-İsrail bu sözü demədilər və ya tərsinə və istehza edərək dedilər. Buna görə də Allah-taala onlara göydən bəla nazil etdi. (Bəqərə/58 və Əraf/161). Əli (ə) da bu sözlə demək istəyir ki, onun vilayətini qəbul etməyənlərin aqibəti və iman dərəcəsi, həmin "hittə" deməyənlərin iman və aqibəti ilə birdir. 3- «قَالَ رَسُولُ اللَّهِ (ص) لَقَدْ أَسْرَى بِي رَبِّي عَزَّ وَ جَلَّ فَأَوْحَى إِلَيَّ مِنْ وَرَاءِ حِجَابٍ... يَا مُحَمَّدُ عَلِيٌّ أَوَّلُ مَا آخُذُ مِيثَاقَهُ مِنَ الْأَئِمَّةِ يَا مُحَمَّدُ عَلِيٌّ آخِرُ مَنْ أَقْبِضُ رُوحَهُ مِنَ الْأَئِمَّةِ... يَا مُحَمَّدُ عَلِيٌّ أُظْهِرُهُ عَلَى جَمِيعِ مَا أُوحِيهِ إِلَيْكَ لَيْسَ لَكَ أَنْ تَكْتُمَ مِنْهُ شَيْئاً يَا مُحَمَّدُ أُبْطِنُهُ الَّذِي أَسْرَرْتُهُ إِلَيْكَ فَلَيْسَ مَا بَيْنِي وَ بَيْنَكَ سِرٌّ دُونَهُ يَا مُحَمَّدُ عَلِيٌّ عَلِيٌّ مَا خَلَقْتُ مِنْ حَلَالٍ وَ حَرَامٍ عَلِيٌّ عَلِيمٌ بِهِ» (بحار الأنوار الجامعة لدرر أخبار الأئمة الأطهار، ج53ص68، باب 29(الرجعة)، ح65؛ بحارالأنوار ج : 40 ص38، ح73)؛ "Məhəmməd peyğəmbər buyurur: "Allah-taala merac gecəsi mənə hicab arxasından vəhy edərək buyurdu: "Ey Məhəmməd! Əli, əhd-peyman bağladığım imamların əvvəlincisi və ruhunu bədənindən ayıracağım ən axırıncı imam olacaqdır (Yəni qiyamətdən öncə "qaydıdış – rəcət" zamanı).Ey Məhəmməd! Sənə vəhy etdiyim hər nəyi Əliyə öyrət və ondan heç nəyi gizləmə!Ey Məhəmməd! Sənə sirr olaraq vəhy etdiyim hər şeyi ona de ki, mənimlə sənin aranda ondan gizli heç bir sirr yoxdur!Ey Məhəmməd! Əli uca məqam sahibi və haram və halal yaratdığım hər bir şeyi tanıyandır!". (Biharul-ənvar, 53/68, hissə:29, hədis:65);Rəvayətdir ki, bir gün Əli (ə) məsciddə moziə edərkən səhabələri ondan istədilər ki, onlara hədis desin. Əli (ə) onlara dedi: Allah sizə rəhm etsin ki, mənim kəlamım çətin və ağıl üçün həzm olunması ağırdır. Onu alimlərdən başqaları düşünə bilməzlər. Əshab dedilər: Gərək bizə hədis deyəsən. İmam Əli (ə) dedi: Gedək bizə. (Evə daxil olduqdan sonra, İmam buyurdu): "Mənəm uca və ucalıq tapan və qəhr edən və qələbə çalan. Mənəm dirildən və öldürən.Mənəm əvvəl və axır, zahir və batin".Səhabələr İmamın bu sözlərindən qəzəblənərək dedilər: Küfr etdin! Və ayağa qalxdılar ki, getsinlər. Bu zaman İmam qapıya əmr etdi: Ey qapı! Onları saxla! Qapı onların üzünə açılmadı. Sonra İmam buyurdu: Mən sizə demədimmi " mənim kəlamım çətin və ağıl üçün həzm olunması ağırdır. Onu alimlərdən başqaları düşünə bilməzlər". İndi isə gəlin, dediklərimi sizə təfsir edim.Mən dedim: Ucayam, yəni bu qılıncımın vasitəsilə hamıdan uca oldum. Qəhr etdim və qələbə çaldım, yəni sizlər mənim qələbələrimin sayəsində Allaha və onun Rəsuluna iman gətirdiniz. Mən öldürür və dirildirəm, yəni peyğəmbərin sünnətini insanlar arasında diri saxlayır və bidəti və bidət əhlini öldürürəm. Amma mənəm əvvəl və axır, yəni Peyğəmbərə ilk iman gətirən mən oldum və axırıncı dəfə onun cəsədi ilə vidalaşıb, ona kəfən geydirən və dəfn edən də mən idim. Amam mən zahir və batinəm. Yəni zahir və batininlərin elmi mənim yanımdadır...".(Biharul-ənvar, cild. 42, səh.189, hədis8).