Orucu batil edən 9 əməl
Orucu batil edən 9 əməl
0 Vote
77 View
1. YEYİB_İÇMƏK Miqdarından asılı olmayaraq orucluq vaxtı bilərəkdən yeyilən və ya içilən hər şey orucu pozur. Unutqanlıq üzündən olduqda oruc pozulmur. Oruc vaxtı ağız boşluğuna daxil olan bəlğəmi udmaqolmaz. Dişin dibində qalan yemək qalıqlarını bilərəkdən udmaq orucu pozur. 2. CİNSU YAXINLIQ Oruc tutulan müddətdə sübh namazından şam namazına qədər cinsi yaxınlıqda olmaq olmaz. Oruc olduğunu unudaraq cinsi yaxınlıqda olan şəxs bu göstərişi xatırladığı zaman dərhal dayanmalı və cinsi yaxınlığa davam etməməlidir. 3. İSTİMNA - ONANİZM (spermanın xaric olması) Sevişmək və müxtəlif yollarla spermanın xaric olunması orucu pozur. Yuxuda və qeyri-ixtiyari olaraq spermanın xaric olması orucu pozmur. Yuxuda ikən spermanın xaric olduğunu hiss edən şəxsin oyandıqdan sonra bunun qarşısını alması vacib deyil. Sübh namazından sonra yuxuda və ya adi halda spermanın xaric olması orucu pozmur. 4.YALAN Allahın, Onun peyğəmbərinin (s) və məsum imamların adından yalan danışmaq, yəni aid olmayan hər hansı sözü onlara aid etmək orucu pozur. Düz bildiyi hər şeyi söyləmək, amma sonradan səhv olduğu məlum olan hər hansı bir söz orucu pozmur. 5. TOZUN BOĞAZDAN KEÇMƏSİ İstər halal, istərsə də haram olsun, qatı toz halında olan tüstünün boğazdan keçməsi orucu pozur. Lakin bu, qeyri-ixtiyari hallara aid deyil. Unutqanlıq üzündən olduqda isə orucu pozmur. 6.BAŞI BÜTÜNLÜKLƏ SUYA SALMAQ Oruclu ikən bilərəkdən başı bütünlüklə suya salmaq orucu pozur. Deməli, orucluq vaxtı hamamda, dənizdə, hovuzda çimərkən başı suya salmaq orucu batil edir. Unutqanlıq üzündən olduqda isə oruc pozulmur. 7. İMALƏ Müalicə məqsədilə olsa belə, orucluq vaxtı imalı etmək orucu pozur. 8. CÜNUB HALINDAN SÜBH NAMAZINA QƏDƏR QALMAQ. Orucluq vaxtı şam namazından sonra cinsi yaxınlıqda olanlar və ya yuxuda cünub olan şəxslər sübh namazında qədər qüsl alıb oruc tutmalıdırlar. Səhlənkarlıq üzündən və ya bilərəkdən bu vəziyyətdə qalmaq orucu pozmuş olur. 9. QUSMA İstər xəstəlik üzündən, istərsə də adi halda insan oruclu ikən bilərəkdən qusmaqla orucunu pozmuş olur. Qeyri-ixtiyari və unutqanlıq üsündən qusduqda isə oruc pozulmur. http://islamqadini.ucoz.net/