Qadınları döymək olarmı???
Qadınları döymək olarmı???
0 Vote
74 View
Nisa surəsinin 34-cü ayəsinin təfsiri: الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنّ فی المَضاجع و اضربوهنّ فإن اطعنکم فلا تبغوا علیهنّ سبیلا إنّ الله کان علیّاً کبیرا Ayənin tərcüməsi: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və (onları yola gətirmək üçün başqa yol qalmazsa) döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!» Ayənin təfsiri: Ailə quruluşundakı himayədarlıq məsələləri Kişilər qadınların hamiləridirlər: «Kişilər (qadınların hamiləridirlər və) qadınlar üzərində ixtiyar sahibləridirlər» – Bu cümləni açıqlamaq üçün ailənin cəmiyyətin kiçik bir hissəsi olmasını qeyd etməliyik. Bütün cəmiyyətlərdə olduğu kimi, bu cəmiyyətdə də bir rəhbər və himayədar olmalıdır. Çünki həm kişinin, həm də qadının birgə şəkildə rəhbərlik və himayədarlıq məsələlərini üzərlərinə götürmələri mənasız və nəticəsiz bir işdir. Bunun üçün də ya kişi, ya da qadın ailədə «başçı və müavin» rollarını bölüşdürməlidirlər. Qurani-Kərim, gördüyünüz kimi, rəhbərlik və himayədarlığın kişiyə verilməsini açıq şəkildə bildirir. (Bir məsələyə diqqət yetirin ki, bu sözləri vurğulamaqda məqsəd qadınları istismar etmək və onlara qarşı haqsız davranaraq güc tətbiq etmək deyildir, əksinə ümumi rəhbərliyin bir nəfərin əlində olması və eyni zamanda öhdəliklərin düzgün bölüşdürülərək məsləhətləşmələrin aparılması deməkdir). Hal-hazırki həyatımızda vahid rəhbərlik anlamı bütün başqa dövrlərdən daha qabarıq formada öz əhəmiyyətini büruzə verir. Belə ki, hər hansı bir işi həyata keçirmək əmrini almış ən kiçik heyətdə (hətta iki nəfərlik) belə, bir nəfər başçı təyin olunur və digərləri müavin və üzv olurlar. Əgər belə olmasa, onların işlərində hərc-mərclik yarana bilər. Ailədə də başçılığın və himayədarlığın ailənin kişisinin əlində olması bu mənanı kəsb edir. Kişinin belə mövqeyə layiq bilinməsi, onda olan xüsusiyyətlərdən qaynaqlanır. Məsələn: kişi hisslərindən və emosiyalarından daha çox düşüncə və ağıla üstünlük verir (qadınların tam əksinə olaraq, belə ki, qadınlar ağıllarından daha çox hisslərinə və emosiyalarına üstünlük verirlər), eləcə də cismani gücə və potensiala malik olurlar. Yəni, kişilər birinci potensiallarından istifadə edərək düşünə və plan qura bilərlər və ikinci potünsiallarından istifadə edərək öz ailəsini və yaxınlarını yadlardan qoruya bilərlər. Kişilərin xanımlarının və övladlarının qarşısında öhdəlik daşıması, gündəlik xərclərinin ödənilməsi, onları yaxşı həyat tərzi ilə təmin etməsi, ona ailənin başçısı və himayədarı olmaq haqqını verir. Bəzi xanımların yuxarıda qeyd etdiyimiz sahələrdə öz həyat yoldaşlarından daha böyük imtiyaza malik olması mümkün ola bilər, amma dəfələrlə qeyd etdiyimiz kimi, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, qanun hər bir insan üçün fərdi şəkildə tənzimlənmir və ümumi xarakter daşıyır. Qadınların da olduqca mühüm öhdəlikləri öz üzərlərinə götürə bilmə bacarıqlarına baxmayaraq, qeyd olunmuş baxımdan kişilərin qadınlardan daha çox üstünlüyə malik olması barədə heç bir şübhə yoxdur. أَمْوَالِهِمْ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ cümləsi də bu həqiqətə işarə edir, çünki birinci hissədə belə buyurur: «Bu, Allahın onlardan birini digərinə üstün etməsinə görədir» və ikinci hissədə «Bu, (kişilərin) öz mallarından (qadınlar və ailələri, aşaqları üçün) sərf etməsinə görədir» Öhdəliklərin kişilərə tapşırılmasının, onların insani keyfiyyətlərinin, şəxsiyyətlərinin üstünlüyünə və yaxud axirət dünyasında daha böyük imtiyaza malik olmasına görə olmamasını unutmayın. Çünki bu məsələ bir başa olaraq təqva və pərhizkarlıqla əlaqəlidir. Belə ki, hər hansı bir müdir müavininin insani keyfiyyətləri onun müdirinin insani keyfiyyətlərindən və digər xüsusiyyətlərindən üstün ola bilər, amma müdir ona tapşırılmış işin başında dayandığı üçün öz müavinindən daha layiqlidir. فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ Allah-Taala burada buyurur ki, qadınlar ailədə üzərlərinə düşən vəzifələri həyata keçirmək sahəsində iki dəstəyə bölünürlər: Birinci dəstə: Salihə və düzgün qadınlar Yəni, bu qadınlar ailə quruluşu müqabilində itaətkardırlar və yalnız həyat yoldaşı yanında olanda yox, hətta o yanında olmayanda belə özlərini qoruyurlar. Yəni bu qadınlar istər mal, istər həyat yoldaşının şəxsiyyətini və ailə sirlərini, istərsə də namuslarını həyat yoldaşları yanlarında olmayanda belə, qoruyurlar. Onlar eləcə də, Allahın onların qarşısında qoyduğu hüquqlar sahəsində də üzərlərinə düşən öhdəlikləri və məsuliyyətləri lazımınca yerinə yetirirlər. Sözsüz ki, kişilər də belə qadınlara qarşı ən yüksək hörmət və ehtiram nümayiş etdirməlidirlər. İkinci dəstə: Müxtəlif qadınlar Bu dəstəyə aid olan qadınlar üzərlərinə düşən öhdəlikləri həyata keçirməkdən boyun qaçırırlar və onlarda qeyri-düzgünlük müşahidə olunur. Belə qadınlarin müqabilində kişilərin üzərinə böyük məsuliyyət düşür və kişilər bu işləri mərhələli olaraq həyata keçirməlidirlər. Amma yenə də ədalət çərçivəsindən kənara çixmamalıdırlar. Birinci mərhələdə məğrurluq, xudbinlik və düşmənçilik kimi xüsusiyyətlərə malik olan qadınlar barəsində söz açılır. Qurani Kərim onlar barədə belə buyurur: وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ «(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin» Beləliklə də, ailə quruluşunu pozmaq və ailə sərhədlərini aşmaq istəyən qadınlara ilk olaraq səmimi nəsihətlər verin və bu hərəkətinin yarada biləcəyi problemlər barədə onları məlumatlandırın. Belə nəsihətlərlə onlara öz istəkləri arxasınca qaçmağa icazə verməyin. وَاهْجُرُوهُنّ فی المَضاجع «(Yola gəlməzlərsə) onlardan yatağınızı ayırın» və bununla da onlara qarşı laqeydlik və soyuqluq göstərməklə onların davranışlarından razı qalmadığınızı nümayiş etdirin. Bəlkə də, sizin bu addımınız onların ruhiyyəsində dəyişikliyin meydana çıxmasına səbəb ola bilər. و اضربوهنّ «... və (onları yola gətirmək üçün başqa yol qalmazsa) döyün!» Qadınların üzərinə düşən öhdəliklər və məsuliyyətlər sahəsində mövcud olan düşüncə tərzlərində dəyişiklik baş verməzsə, onlar bu məsuliyyətlərin altından çıxmaq üçün müxtəlif yollar fikirləşərsə, nəsihətlər, yataqların ayrılması və onlara qarşı göstərilən bütün bu laqeydliklər nəticə verməzsə və onları öhdəliklərini həyata keçirmək üçün daha kəskin addıma ehtiyac duyularsa, onda qadınlara qarşı fiziki tənbehdən istifadə etməyə icazə verilir. Sual: Müxtəlif insanlar bu məsələyə irad tutaraq müəyyən sual səsləndirə bilərlər. Məsələn, soruşa bilərlər ki, İslam dini kişilərin qadınlara qarşı güc tətbiq etməsinə necə icazə verə bilər? Cavab: Müxtəlif dini rəvayətlərdə qeyd olunduğu və açıqlamaları bütün fiqhi kitablarda mövcud olduğu kimi, eləcə də psixoloqların da bu məsələyə açıqlama verdiyi kimi, bu sualın cavabı o qədər də çətin deyildir. Birincisi, qeyd olunmuş ayədə yalnız üzərinə düşən öhdəlikləri yerinə yetirməyən və heç bir başqa vasitələrin təsir göstərmədiyi qadınlara qarşı fiziki təhbehdən istifadə olunmasına icazə verilir. Bu məsələ yalnız İslama aid deyil, belə ki, dünyanın bütün qanunlarında öz üzərinə düşən vəzifələri yerinə yetirməyən insanlara öz işlərini görməkdə heç bir dinc üsullar kömək etməsə, fiziki gücdən istifadə olunur. Bu güc tətbiq etmə üsulları yalnız fiziki güc tətbiq etməklə bitmir və daha şiddətli cəzalardan istifadə olunur və məsələlər edama qədər irəliləyə bilir. İkinci, fiqh kitablarında qeyd olunduğu kimi fiziki tənbeh mülayim olmalıdır və bunun nəticəsində qadında sınıq, yara və göyərmə əmələ gəlməməlidir. Üçüncüsü isə budur ki, psixoloqların ən son araşdırmaları bunu təsdiq edir ki, qadınların bir qrupunda «mazaxizm» (yəni, döyülməyə olan tələbat) mövcuddur. Bəzən mazaxizm hissləri daha çox güclənir və bunun sakitləşməsi üçün müxtəsər fiziki tənbehin böyük köməyi olur. Elə bu səbəbdən də, bunun belə fiziki tənbehə ehtiyacı olan qadınlar üçün nəzərdə tutulmasını və onlara dərman kimi təsir göstərməsini vurğulaya bilərik. Sözsüz ki, bu mərhələlərdən hər hansı biri təsir göstərərsə və qadın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə başlayarsa, müxtəlif bəhanə gətirməklə yoldaşınıza qarşı zor tətbiq etməyin. Çünki sonda bu sözlər buyrulmuşdur: فإن اطعنکم فلا تبغوا علیهنّ سبیلا «Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın». Belə bir sual yarana bilər ki, əgər kişilərdə də özbaşınalıq, məsuliyyətdən və üzərinə düşən öhdəlikləri həyata keçirməkdən boyun qaçırma halları baş verərsə, onlar da belə cəzalandırılmalıdırlar? Bu suala cavab olaraq bildirmək lazımdır ki, bəli, kişilər də qadınlar kimi öz üzərinə düşən öhdəliklərdən boyun qaçırdıqları təqdirdə cəzalandırılırlar. Yalnız qadınların bu işi görə bilməmələrinə görə şəhər hakimi və qazısı bu işi görürdü və müxtəlif yollardan, o cümlədən cismani tənbehlər etməklə onları öz öhdəliklərini və işlərini düzgün həyata keçirməyə sövq edirdilər. Həzrət Əlinin (ə) zamanında yaşayan və öz xanımına qarşı güc tətbiq edən və haqq qarşısında boyun əymək istəməyən şəxsin rəvayətini hamınız yaxşı bilirsiniz. Sonda Əmirəl-möminin Əli (ə) ona qarşı sərt addım atdı və qılıncla hədələdi və beləliklə də onu haqq qarşısında təslim olmağa məcbur etdi. Ayənin sonunda isə yenə də kişilərə xəbərdarlıq edərək ailədə tutduqları başçılıq və himayədarlıq vəzifələrindən sui-istifadə etməmələri və hamıdan daha uca və böyük olan Allahın qüdrəti barədə düşünməkləri qeyd qeyd olunur. إنّ الله کان علیّاً کبیرا «Əlbəttə, Allah ucadır, böyükdür!» İncəliklər ◘ Öhdəsində bir başqasının islahına dair vəzifəsi olan kəsə «qəvvam» deyirlər. ◘ «Nüşuz» uca yerə deyilir. Həddi aşmaq, yuxarıdan getmək də «nüşuz» adlandırılır. Həyatın təmini və idarə edilməsi ləyaqəti himayə və müdiriyyət şərtidir. Bu baxımdan kişilər nəinki ailə həyatında, hətta ictimai işlərdə, mühakimədə və döyüşdə də qadından irəlidirlər. Cütlük məsələsi ailə həyatına aiddir. Allah uyğun üstünlüyü evə məxsus etməmişdir. ◘ Bə’zi qadınlar fiziki güc və qazanc baxımından kişidən üstün olsalar da, qanun və proqramda nadir hallar yox, əksər ümumi hallar nəzərdə tutulmalıdır. ◘ «Hafizatun lilğəybi bima həfizəllah» cümləsi müxtəlif şəkillərdə mənalandırılmışdır: a) Qadınlar Allah istəyən şeyləri hifz edirlər. b) Qadınlar ərlərinin hüquqlarını hifz edirlər. Necə ki, Allah kişilərə müəyyən vəzifələr tə’yin etməklə qadınların haqqını hifz etmişdir. v) Qadınlar hifz edəndirlər, amma bu tövfiq onlara İlahi hifzdəndir. ◘ Mülayim tədbirlər nəticə vermədikdə, ya vəzifədən əl çəkmək, ya da nəsihət tə’sir etmədikdə sərtlik göstərmək lazım gəlir. Psixoloqların fikrincə, bə’zi insanlarda «mazoxizm» (əziyyət istəyi) səciyyəsi var. Cüzi fiziki tənbeh sanki onlar üçün məlhəmdir. İslam fiziki cəza verilməsini tövsiyə edərkən bildirir ki, tənbeh zamanı bədən göyərməməli, yaralanmamalıdır. Bundan əlavə, qadın ər tərəfindən tənbeh olunursa, kişilər nəzərdə tutulmuş hallarda qazi tərəfindən tənbeh olunur. ◘ Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sizin kötəyinizin qadın cismində əsəri qalmamalıdır... (“Təfsire-Təbəri”, c. 5, səh. 68.; “Təfsire-Dürrül-Mənsur”, c. 2, s.522) ◘ İmam Sadiq (ə) buyurmuşdur: «Ərlə yaxınlıqdan imtina qadın üçün itaətsizlik sayılır. «Vurmaq» dedikdə diş fırçası və ona oxşar şeylərlə vurmaq nəzərdə tutulur». (“Təfsire-Təbəri”, c. 5, səh. 68.; “Təfsire-Dürrül-Mənsur”, c. 2, s.522) Qeydlər 1. İki nəfərlik bir cəmiyyətdə də biri məsul, rəhbər olmalıdır. Ailənin müdiri kişidir. 2. Ailə işlərinin idarəsində ağıl və tədbir hiss və məhəbbətə hakim olmalıdır. 3. İslam dininin hüquq nizamı yaranış nizamı ilə həmahəngdir. Kişinin müdiriyyət haqqı onun fiziki və ruhi möhkəmliyinə əsaslanır. 4. Təbii üstünlüklər İlahi fəzldir. 5. Ailənin xərcləri kişinin öhdəsinədir. 6. Qanun hazırlayan kəs qadın və kişi arasındakı təbii fərqləri nəzərə almalıdır. 7. Ərə itaət və təvazökarlığı qadının ləyaqət nişanəsidir. 8. Layiqli zövcənin əlaməti onun özünü əri olmayan yerdə hifz etməsidir. 9. Qadının ərə itaəti və ərin haqqını hifz etməsi, onun ailə ehtiyaclarının kişi tərəfindən tə’min olunmasından asılıdır. 10. Hadisə baş verməmiş çarə tapılmalıdır. Qadın itaətdən çıxmamış tədbir görün. 11. İtaətçil zövcəyə əziyyət vermək olmaz. 12. Qadına nəsihət, onun yatağının tərk olunması və tənbehi qadını itaətə gətirmək üçün müəyyən olunmuş yollardır. Qadın digər bir yolla itaət edirsə, kişinin ona qarşı çıxmaq haqqı yoxdur. Ayədən aşkar görünür ki, başqa bir yolla olmuş olsa, əsas məsələ itaətdir. 13. Qadının təvazökarlığı onun zəifliyi yox, dəyərli olma əlamətidir. 14. Sirr saxlamaq, mal, abır və namusun hifzi layiqli zövcənin nişanələrindəndir. Layiqli qadın ər olmayan yerdə də özünü qoruyur. 15. Pis işlə addım-addım, mərhələ-mərhələ mübarizə aparılmalıdır, əvvəlcə moizə, sonra arxa çevirmə, daha sonra isə tənbeh. 16. Moizə təsir edən yerdə sərtlik qadağandır. Əgər ər öz arvadından kənarlaşmaqla onu itaətə gətirə bilirsə, tənbeh qadağan olur. 17. Sərt rəftar və tənbeh intiqam almaq üçün yox, vəzifəni yerinə yetirmək üçündür. 18. Kişinin qadından üstünlüyü onu qürrələndirməməlidir. Çünki Allah ən üstün varlıqdır. 19. Allahın üstünlüyünə diqqət, təqva və zövcəyə qarşı zülmdən çəkinmək səbəbidir. Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!