Əbu Talibin imanlı olması barədə nə sübutlar vardır?
Əbu Talibin imanlı olması barədə nə sübutlar vardır?
0 Vote
15 View
Cavab: 1- Əbu Talibin elmi və ədəbi əsərləri. islamın alim və tarixçiləri Əbu Talibdən gözəl qəsidələr hekayət etmişlər. Bu əsərlər onun düzgün imanını isbat edir: Camaat gərək Məhəmmədin də Musa və i sa kimi peyğəmbər olduğunu bilələr. Bütün peyğəmbərlərA llahın əmri ilə camaatı hidayət edib onları günahlardan çəkindirirlər. 2- Əbu Talibin Peyğəmbərlə rəftarı, onun imanlı olmasına dəlildir. Məşhur islam yazıçıları Əbu Talibin Peyğəmbərlə rəftarını açıq yazmışlar. Əbu Talib islamı himayə etmək və Peyğəmbəri qorumaq məqsədilə üç il (Şebi Əbu Talibdə) çox çətinliklə yaşadı və bu əzablı yaşayışı Qüreyşə başçılıq etməkdən üstün tutdu. O, müsəlmanlara qarşı iqtisadi mühsirədə axıra qədər Peyğəmbərdən ayrılmadı. Sünnü alimi ibni Əbil Hədid “çəhcül-bəlağə”-yə yazdığı şərhində belə deyir: Əbu Talib öz oğlu Əliyə dedi: “Allahın Peyğəmbəri səni yaxşılığa dəvət edir. “elə isə sən də həmişə onunla ol və onu qoru!” 3- Əbu Talibin vəsiyyəti onun imanlı olmasına şəhadət verir. islamın məşhur yazıçılarından olan Hələbi Şafei, Əbu Talibin ömrünün axırında dediyi sözləri haqqında belə yazır: “Eymənim qohumlarım, Peyğəmbəri sevin və ona itaət edin. Onun hizbi olan islamı himayə edin. Allaha and olsun, hər kəs onun hidayət nuruna itaət edərsə, hökmən səadətə çatacaq. Əgər əcəl mənə möhlət versəydi, şübhəsiz çətinlikləri ondan uzaqlaşdırardım.” Bu sözləri deyib dünyadan getdi. 4- Peyğəmbərin Əbu Talibə olan məhəbbəti. Peyğəmbər (s.ə.v.v) müxtəlif münasibətlərdə Əbu Talibə olan məhəbbətini bildirmişdir. Tarixçilərin yazdığına görə, Peyğəmbər Əqil ibni Əbu Talibə belə buyurmudur: “Mən səni iki səbəbə görə çox sevirəm: 1. Mənim qohumum olduğun üçün. 2. Əmim Əbu Talib səni çox sevdiyi üçün.” NUR-AZ.COM