Zeyd ibn Əli (rəhmətullah) Əhli-Beytdən (əleyhimussalam) (İmam nəslindən olmasını nəzərə alaraq) nəyə görə Əbu Bəkrin xilafətinə etiraf etmişdir?
Zeyd ibn Əli (rəhmətullah) Əhli-Beytdən (əleyhimussalam) (İmam nəslindən olmasını nəzərə alaraq) nəyə görə Əbu Bəkrin xilafətinə etiraf etmişdir?
0 Vote
16 View
Cavab: Möhtərəm sual verənin qətiyyətlə cənab Əli ibn Zeydin Əbu Bəkrin xilafətinin düzgün olmasının təsdiqini qeyd etməsinə baxmayaraq çoxlu tədqiqatdan sonra heç bir ədəbiyyatda belə bir iddianın doğruluğuna əsaslı sənəd tapa bilmədik. Bu cəhətdən, sualın araşdırılmasında iddianın doğru olmasını fərz edirik və araşdırma yolu ilə cavab verməyə başlayırıq. Quranda, Təthir (paklıq) ayəsində gəlib ki, Allah-taala Əhli-Beytdən (əleyhimussalam) hər cür günah və çirkinliyi pak etmək istər. Bu ayə, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Əhli-Beytinin (əleyhimussalam) ismət və günahsız olmalarına dəlalət edir. Elə bir ismət ki, onların bütün əməllərinin insanlar üçün höccət olmasına dəlalət edir və onların əməllərinin hər yerdə meyar olmasını da yerinə yetirir. Belə olan halda əgər Zeyd ibni Əli (rəhmətullah) öz atası kimi Əhli-Beytin (əleyhimussalam) zümrəsindən hesab olunursa, onun Əbu Bəkrin hakimiyyətinin etiraf etməsi əslində bu hökumətin şəriətdə doğruluğuna dəlil olur. Amma şiə və sünni alimlərinin vasitəsi ilə çoxlu sayda rəvayətlərə əsasən, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zamanında Onun ətrafında olan beş nəfərdən başqa, nə Ümmü Sələmə, nə Aişə və nə də qeyriləri o Həzrətin Əhli-Beytinin (əleyhimussalam) sırasında qərar tutmurlar. Əlbəttə, şiə rəvayətlərində imam Hüseynin (əleyhissalam) nəslindən olan doqquz digər İmamlırın da (əleyhimussalam) adları o beş nəfərlə birlikdə zikr olunmuşdur. Başqa tərəfdən, “Əhl” sözü ərəb dilində həmişə söz birləşməsinin birinci tərəfidir və onun yəni, söz birləşməsinin ikinci tərəfininin mənasını tamamlayır. Qeyd olunmuş ayədə də “əhl” sözü “beyt” sözünə nisbət verilmişdir. Məlumdur ki, ayədəki beyt sözündən məqsəd, ev və məskən mənasında deyildir. Çünki, əgər belə olsaydı ayənin nazil olduğu Ümmü Sələmənin evi də bu mənaya aid olar və Ümmü Sələmə də Əhli-Beytdan sayılmış olardı və ayədə ən çox o nəzərdə tutulardı. Amma çoxlu sayda rəvayətlərdə İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) Ümmü Sələmənin bu ayəyə aid olmadığını təsdiqləyir və bu mənada Əli ibn Zeyd də İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) nəslindən olduğuna baxmayaraq Əhli-Beytdən (əleyhimusssalam) sayılmır. Buna baxmayaraq, Əli ibn Zeydin şəxsiyyəti haqqında onu qeyd etmək lazımdır ki, alicənab, təqvalı, imanlı, şücaətli, zülmə qarşı mübarizə aparan və məsum İmamların (əleyhimusassalam) şəxsiyyətini çox qəbul edib, razılığını ələ gətirə bilən bir şəxsiyyət olub. Elə bir şəxsiyyət ki, əməvilərin zülm və qəsbkarlığını qəbul etməmiş, məzlum və şəhid cəddi Hüseyn ibn Əlinin (əleyhissalam) intiqamını almaq üçün qiyam etmiş və bu yolda görünməşmiş rəşadət göstərmişdir. Görəsən inanmaq olar ki, belə bir şəxsiyyət və parlaq keçmişli bir mömin, Quran ayələrinin və cəddi İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) xilafət haqqında buyurduqlarından xəbərsiz olsun?! Odur ki, Zeyd ibn Əlinin (rəhmətullah) bu sözü deməsi sırf iddiadan başqa bir şey deyildir və belə nəzərə gəlir ki, kimlərsə həqiqəti tərsinə göstərməkdən ötrü, qəsdən belə bir ilahi şəxsə yalan nisbət veriblər. NUR-AZ.COM