Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır

Məhəmməd peyğəmbər (s): "Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür". İmam Əli (ə) buyurur: "Qadının cihadı ərinə yaxşı baxmasıdır". İmam Sadiq (ə) buyurur: "Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir". Məhəmməd peyğəmbər (s): "Əlbəttə, qadınların ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, hicablı-örpəkli, iffətli, ərinin qarşısında təvazökar olan, qohumlarının yanında əziz olanlar eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib (ancaq) yad kişilərdən gizlədən, ərinin sözünə canla başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır." Fatimeyi-Zəhra (s.ə) qadınlara buyurur: " Sizin ən yaxşılarınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır". İmam Riza (ə) buyurur: "Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır: Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq. Xoşxasiyyət, mülayimlik və mehribançılıq. Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək. Ərini əsəbi və ya yorğun gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək. Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək. Sonra İmam buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq Qadinlar.biz