«Şiəlik»

Islam ümməti arasında özünəməxsus əqidə və ideologiyaya malik olan «şiəlik» adlı bir cərəyan da vardır. Şiəlik öz üsul və əqidəvi əsasları ilə yanaşı, bütün məktəblərdən fərqli olan kəlami və fəlsəfi baxışlara da malikdir. Bu məktəb islam dininin ictimai, tarixi və siyasi cərəyanlarında böyük tə᾿sir qoymuş və bir çox yüksək əhəmiyyətli hadisələrin mənşəyi olmuşdur. Elmi inkişaf və tərəqqiyə gəldikdə də, şiə alimləri tərəfindən minlərlə elmi əsərlər yazılmış və hətta onların vasitəsi ilə bə᾿zi elmlərin bünövrəsi də qoyulmuşdur. Şiə sözü lüğətdə müşayiət etmək, kömək etmək, dostluq etmək və kiminsə davamçısı olmaq mə᾿nasını daşıyır. Qur᾿ani-kərimdə də şiə sözü davamçı və köməkçi mə᾿nasında işlənmişdir. «Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərindən) idi Musanın adamlarında olan kəs düşməninə qarşı ondan ». Bə᾿zi alimlərin nəzərinə görə, şiə sözünün digər mə᾿nalarından biri də kiminsə əqidə və məsləki ilə müvafiq olmaqdır. Bu mə᾿naya əsasən, özündən əvvəl və ya sonra mövcud olan bir kimsənin məslək və əqidəsi ilə müvafiq olan şəxs onun şiəsi hesab olunur. Səba surəsinin 54-cü ayəsində şiə kəlməsi həmin mə᾿nada işlənmişdir: «Artıq onlarla istədikləri şey [iman və tövbə] arasında əngəl törədilmişdir. [Birdə dünyaya qayıdıb tövbə və iman sahibi olmaları qeyri-mümkündür]. Daha öncə özlərinə bənzər kəslər [kafirlər] barəsində də belə edilmişdi...» Göründüyü kimi, bu ayədə «şiə» sözü, qeyd olunan şəxslərdən qabaq əzab verilən və istədikləri şeylərə qarşı maneə törədilən şəxslərə deyilir. Belə bir tə᾿rifə əsasən deyə bilərik ki, başqalarının həyat və düşüncə tərzi ilə müvafiq olan şəxslər onların «şiəsi» hesab olunur. Saffat surəsinin 83-cü ayəsində «şiə» sözü bu mə᾿nada həzrət İbrahim (ə) haqqında işlənmiş və o həzrət Nuh (ə) peyğəmbərin şiəsi adlandırılmışdır. «Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən [Nuhun firqəsindən] idi.» İbrahim (ə)-ın gətirdiyi şəriət Nuh (ə) peyğəmbərin şəriəti ilə müvafiq olduğu üçün o həzrət onun davamçı və şiəsi hesab olunur. Sözsüz ki, həzrət İbrahim (ə)-ın şəriəti həzrət Nuhun (ə) şəriətindən bir qədər fərqli olmuşdur, amma onların hər ikisi tövhid dinində olduqları üçün biri digərinin ardıcılı sayılır.
ceferiler.com