Vəhhabiliyin tarixi -6
Vəhhabiliyin tarixi -6
0 Vote
69 View
Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır Ali-Səudun Osmanlı dövlətinə ağır məğlubiyyətindən sonra Ali-Səud xanədanında güc durğunluğu başlandı. 1883-1820-ci illərdə Ali-Səud xanədanının bir neçəsi məhdud şəkildə vəhhabilik mərkəzi Dəriyə və bəzi digər məntəqələrə hökmranlıq etdilər, amma hər dəfə Osmanlı dövlətinin repressiyasına məruz qaldılar. 53 il durğunluqdan sonra Əbd-ül-əziz İbni Əbd-ül-Rəhman 1900-cü ildə səudilərin qədim rəqibi yəni Ali-Rəşidə qələbə çaldı və bir il sonra Ərəbistanın Əl-Riyad şəhərini işğal etdi. Bu tarixdən etibarən Ali-Səudun sərhədi genişləndi və vəhhabilik firqəsinin fəaliyyəti artdı. İbni-Səud ad ilə məşhur olan Əbd-ül-Əziz İbni Əbd-ül-Rəhman sərhədlərini genişləndirmək üçün vəfalı vəhhabilərdən ibarət İxvan-ül-Tövhid qrupunu təşkil etdi. Əslində İxvan-ül-Tövhid vəhhabilərin dini-hərbi təşkilatı idi və Ərəbistanda vəhhabiliyi rəvac verməyi üzərinə götürmüşdü. Tarixdə göstərilir ki, Əbdüləziz ingiltərəlilərin yardımı və himayəsilə güclənmişdir. Son əsirlərdə bir çox hadisələrdə istilaçıların izini müşahidə etmək olur, amma ümumiyyətlə onların planı ölkələrdəki daxili ünsürlərin vasitəsi ilə icra olunur. Əbd-ül-Əziz İbni Səud bu şəxslərin biridir. O İngiltərə ilə siyasi əlaqələr qurub rəqiblərinin üzərinə qələbə çaldı. Birinci dünya müharibəsi zamanı İngiltərə çalışırdı ki, Osmanlı imperiyasına qələbə çalıb onu parçalasın. Bu istiqamətdə İngiltərə hökuməti Nəcd məntəqəsində özünə sadiq 2 böyük xanədanla dostluq münasibətləri qurdu. Bu xanədanlar Hicaz, yaxud Məkkə və Mədinəyə nəzarət edən Haşimi xanədanı və Əl-Riyyad La Nəcdə hakim olan Ali-Səud xanədanından ibarət idi. İngiltərə Ərəbistanın Ərəb qəbilələrini razı salıb onlardan istifadə etmək üçün, bir-biri ilə düşmən olan bu iki xanədanı oynadıb hər birinə məxsus bir zabit göndərdi. "Ərəbistan Lorensi" adı ilə məşhur olan Tomas Edvard Lorensi Şərif Hüseynin tərəfinə, özünü Əbdullah adlandıraraq müsəlmanlıq iddiası edən Həri Sent Can Bricer Filbi isə Ali-Səudun tərəfinə göndərdi. Ərəbistan Lorensi (Tomas Lorens) Şərif Hüseynə vəd etdi ki, Osmanlıları məğlub edəndən sonra böyük Ərəbistanın hakimiyyəti ona tapşırılacaq. Elə Əbd-ül-Əziz Səuda da yeni vəd verildi. İngiltərə Əbdüləzizin Nəcd, Ehsa, Qəsim və Cobəyl hakimiyyətini rəsmən tanıdı. 1915-ci ildə imzalanan müqaviləyə əsasən İngiltərə illik Ali-Səuda 60 min lirə yardım etmək və Əbd-ül-Əziz xanədanını əcnəbi dövlətlərin hücumu qarşısında himayə etməyi qəbul etdi. Onun əvəzi olaraq İbni Səud qəbul etdi ki, Ərəbistanın İngiltərə nəzarətində olan məntəqələrinə hücum etməyəcək və İngiltərənin düşmənlərinə imtiyaz verməyəcək. Birinci dünya müharibəsindən sonra Haşimi xanədanından olan Hüseyn İbni Əli özünü ərəblərin soltanı adlandırdı və Ali-Səudla döyüşdü, amma Əbd-ül-Əziz İngiltərənin yardımı ilə onu məğlub etdi. Sonrakı illərdə səudilər sərhədlərini genişləndirdilər. Amma ingilislər Əbd-ül-Əziz Səudun bütün Ərəb adasını ələ keçirməsini öz maraqlarına zidd görürdülər. Bununla belə İbni Səud Hicazı nəzarətinə çıxarmaq istəyirdi və buna görə də ordusunu Məkkəyə tərəf göndərdi. Vəhhabi qüvvələri 1923-cü ildə Məkkədə olan Taif şəhərinə çatdılar. Hicazın bu əhəmiyyətli şəhərinin valisi vəhhabilərin hücumundan qorxub qaçmışdı. Bunun ardınca Taif şəhərinin böyükləri vəhhabilərlə müzakirə edib qan tökülmədən şəhəri onlara təslim etdilər. Amma vəhhabilər öhdəliklərini yerinə yetirməyib, rəhmsizcəsinə şəhərdə qan tökdülər. Şəhərin kişi, qadın və uşaq olmalarından asılı olmayaraq əhalisini qırğın etdilər. Həlak olanların sayı 2 min nəfərə çatdı. Əbd-ül-Əzizin Taif cinayəti vəhhabilərin qabaqkı Taif cinayətlərini yaddaşlarda canlandırdı. Həlak olanlar arasında Şafeilərin müftisi Şeyx Abdullah Zəvvari də var idi. Vəhhabilər onu məsciddən çıxarıb doğradılar. Az sonra Əbdüləziz Məkkəni də işğal etdi. İngiltərə öncə Əbdüləzizin əhdi-peymanını pozub Hicaza hücum etməsi ilə müxalif olduqlarını bildirdi, amma sonda onun Ərəbistana hakimiyyətini qəbul etdi. İngiltərə bir tərəfdən Yaxın Şərqdə özünə asılı bir hakimiyyətə ehtiyac duyurdu, digər tərəfdən isə Ərəbistanın neft ehtiyatlarına göz dikmişdi. İngiltərə Haşimi xanədanını himayədən çəkindi və İbni Səuda bütün Ərəb adasını işğal etməkdə yardım göstərdi. Beləliklə də 1932-ci ildə çox çəkişmədən sonra yayınmış vəhhabilik firqəsi ən əhəmiyyətli islam ərazilərində kök saldı və Əbd-ül-Əziz özünü vəhhabiliyin rəhbəri və "Hərəmeyn-i Şərifeynin xidmətçisi" adlandırdı. Bu vaxtdan etibarən müsəlmanları qətliam və qarət etməklə büdcələrini təmin edən səudilər artıq neft satıb ticari əlaqələrini genişləndirməklə pul ehtiyaclarını çoxaldırdılar. Əbd-ül-Əzizin 1953-cü ildə ölümündən sonra onun vəsiyyətinə əsasən hakimiyyət oğlanlarına çatmalı olur. Əbd-ül-Əzizin ilk hakimiyyətə çatan oğlunun adı Səud idi. Ondan sonra Feysəl İbni Əbd-ül-Əziz şah oldu. Amma səudilərin ixtilafı onun terror edilməsilə nəticələndi. Feysəl zamanında baş verən hadisələrdən, Ərəbistan vəhhabilərinin dini rəhbərliyi öhdəsinə olan Əbd-ül-Vəhhabın övladları, yaxud "Ali Əl-Şeyx" ailəsini kənarlaşdırmaları olmuşdur. Beləliklə də Ali-Səudun Vəhhabilik cərəyanı siyasi cərəyana çevrildi və bu iki xanədan, yəni Əbd-ül-Vəhhab və Ali-Səud xanədanının 200 illik əməkdaşlığına son qoyuldu. Feysəldən sonra Xalid İbni Əbd-ül-Əziz hakimiyyətə gəldi. İran İslam Respublikası inqilabı Xalidin hakimiyyəti vaxtı baş verdi. Bu böyük hərəkat vəhhabiləri dəhşətə saldı, çünki İran İnqilabı Amerika Birləşmiş Ştatları və imperializmə zidd hərəkatdır və vəhhabiliklə müxalifdir. Xalidin ölümündən sonra Fəhəd İbni Əbd-ül-Əziz 1982-ci ildə hakimiyyətə çatıb özünü "Hərəmeyn-i Şərifeyn" xidmətçisi adlandırdı. O bu islami adın örtüyü ilə qeyri-düzgün işlərinə bəraət qazandırırdı. O cümlədən Fələstin xalqının mövqeyini sionist rejim qarşısında təslimçi mövqeyə yönəltdi. ABŞ-ın sərəncamı ilə 1987-ci ildə iranlı hacıların 400 nəfərinin qətliam edilməsi onun dövründə baş verdi. Fəhədin ölümündən sonra onun ögey qardaşı Mələk Abdullah 2005-ci ildə hakimiyyətə gəldi. O da Livan müqavimətinə qarşı sionist rejimini himayə etmək, Yəmən və Bəhreyn xalqlarının repressiya edilməsinə yardım göstərmək kimi qara işləri həyata keçirmişdir. Bu gün vəhhabilər Ali-Səud hakimiyyəti sayəsində və Ərəbistan neftinin satışından əldə olunan gəlirlərlə günün modern texnologiyalardan istifadə edib batil əqidələrini təbliğ edirlər. Onlar həmçinin dini dərslər mədrəsələri, universitetlər təsis etmək, müxtəlif ölkələrdə yoxsul camaatlar arasında çoxlu pullar paylamaq və digər vasitələrlə yayınmış əqidələrini insanlara qəbul etdirirlər. dayaq.org