Vəhhabiliyin tarixi -1
Vəhhabiliyin tarixi -1
0 Vote
67 View
Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır Vəhhabiliyin təməlini İbni Teymiyyə qoyduğuna görə onun İslam dininə baxışına nəzər salmağı zərurət sayırıq. İbni Teymiyyə ləqəbi ilə məşhur olan Təqi Əl Din Əhməd Bin Əbdülhəlim 611-ci hicri qəməri tarixində Hənbəli məzhəbinin təlim mərkəzi olan Hərran şəhərində anadan olmuşdur. Hazırda xarabalığa çevrilmiş və Türkiyənin cənubunda yerləşən bu şəhər keçmişdə geniş mədəniyyətə malik olmuşdur. İbni Teymiyyə bir əsrdən çox Hənbəli məzhəbinin bayraqdarı olan bir ailədə böyümüşdür. Onun atası Şeyx Bələd ləqəbi ilə tanınan Hərranın məşhur fəqihlərindən olub; Hərran əhalisi onu xitabətçi və dini elmlərin müəllimi kimi tanımışlar. Digər tərəfdən İbni Teymiyyə monqol-tatarların İslam ölkələrinə vəhşicəsinə hücumu dövründə yaşayıb. Bu dövrdə bir çox müsəlman alimlərin dəyərli əsərləri məhv edilmişdir. Məşhur ərəb tarixçisi İbni Kəsir yazır: “1269-cu miladi ili, yaxud İbni Teymiyyənin 6 yaşı olanda monqolların Hərran şəhərinə təzyiqləri artdı və bu şəhər əhalisi qorxudan Hərrandan qaçdılar. İbni Teymiyyə də ailəsi ilə Dəməşqə getdi. İbni Teymiyyənin atası Dəməşq Darül Hədiseynin müəllimi kimi dərs verməyə başladı. İbni Teymiyyə yeniyetməlik həyatını Dəməşqdə olarkən Hənbəli üləmalarından fiqh, hədis, üsul, kəlam və təfsir dərslərini alıb Hənbəli məzhəbində ictihad dərəcəsinə çatdı və atasının yanında Quranı təfsir edib dərs verməyə başladı. İbni Teymiyyə həmçinin digər dinlər və məzhəblər barəsində mütaliəyə başlayıb bəzi fitvalar çıxardı ki digər sünni və şiə məzhəblərinin fitvaları ilə ziddiyyət daşıyırdı. O, müsəlmanlar arasında yayılmış olan bəzi ənənə və əqidələri tənqid edir, onları küfr adlandırırdı. Əslində İbni Teymiyyənin enişli-yoxuşlu həyatı müsəlmanların bəzi əsas inamlarını şübhələndirməklə başladı. 1698-ci hicri qəməri ilinə kimi İbni Teymiyyənin fikirləri yayılmamışdı, həmin ildən sonra yayılmağa başladı. Misal üçün, bu ildə əşəri məzhəbinə qarşı bir kitab yazıb Dəməşqdə qalmaqal yaratdı. İbni Teymiyyə özünün sələfi olduğunu deyir. Sələfilik keçmişdəkilərdən şərtsiz təqlid etmək deməkdir. Amma sələfiyyə İslam peyğəmbəri və onun səhabələrinə tabe olmaq iddiasında olan bir firqədir. Tabein yaxud tabelər bir və ya neçə səhabə ilə görüşənlər olublar. Sələfilərin qənaətincə bütün İslam əqidələri səhabələr və tabelər zamanı kimi icra edilməlidir, İslam əqidələri təkcə kitab və sünnətdən alınmalı, üləmalar Qurandan savayı heç bir dəlil gətirə bilməzlər. Sələfilərin baxışında ağıl və məntiqə əsaslanan təhlil yolverilməzdir, dəlil gətirmək üçün Quranın yazısı və hədislər kifayət edir. Onlar öz təfəkkürlərində yuxarı dərəcədə darlıq və təəssübkeşliyə düşüb müxalifləri ilə kobud qarşılaşmışlar. İbni Teymiyyə keçmişdəki İslama qayıtmaq bəhanəsi ilə İslam sahəsində müxtəlif nəzərlər irəli sürdü ki onlara əsasən bir çox müsəlmanlar İslam cərgəsindən çıxarıldı. İbni Teymiyyənin əqidələri çoxlu etirazlarla üzləşdi, xüsusilə də Allahın xüsusiyyətlərini şərh etməklə. Onun qənaətincə Allah cismə malik olaraq göylərdə əyləşmişdir. O Allahın cismi olduğunu iddia edən ilk müsəlmandır və bu barədə çox yazılar yazmışdır. O həmçinin peyğəmbərin ziyarəti və ona ehtiramı haram və küfr işə bərabər saymışdır. Həmçinin övliya və salehlərə söykənməyi də haram bilir və onu allahdan başqasına söykənmək kimi qiymətləndirir. Peyğəmbər və saleh şəxslərin məzarını bərpa edilməsi və müqəddəs məqbərələrin kənarında məscidin tikilməsi ilə müxalif idi və onları küfr bilirdi. İslamın müxtəlif məzhəb üləmaları kəskin şəkildə onunla müxalifətə başladılar. Onlar Allahın cismə malik olması və digər insanlar kimi vəsf edilməsini iddia edən bir şəxsin sözlərinə tab gətirə bilmədilər. Müsəlman üləmalar Qurana istinadən Allahın cism və bəşər düşüncəsindən üstün olduğunu nəzərə alıb İbni Teymiyyənin düşüncəsinin əleyhinə kitablar yazdılar. Onlar həmçinin İbni Teymiyyənin mühakiməsini tələb etdilər. İbni Teymiyyə geniş etirazlara rəğmən öz əqidələrinə israr edir, müxaliflərini kafir adlandıraraq onlara qarşı kobud sözlərlə danışmışdır . Tarixə əsasən, 703-cü hicri qəməri ilində İbni Teymiyyə arif müsəlman Ərəb Mühi Əddin Ərəbinin yazdığı Füsus əl Hikəm kitabını öz əqidələrinə zidd görüb Əlnosus Ələlfüsus kitabını onun tənqidi üçün yazıb tərəfdarlarını lənət etdi. Beləliklə də ixtilaflar dalğası ucaldı və 705-ci il Şamda keçirilən bir mühakimədən sonra İbni Teymiyyə Misirə sürgün edildi. 707-ci ildə həbsdən çıxıb neçə ildən sonra Şama qayıtdı və öz nəzərlərini yaymağa başladı. O 721-ci ildə bir daha həbs edildi və 828-ci il Dəməşqin Qala zindanında dünyasını dəyişdi. İbni Teymiyyənin İslam barəsində düşüncəsi müsəlmanlar arasında təfriqə yaradıb bir çox İslamı əqidələrin rədd edilməsi ilə nəticələndi. Amma müsəlman alimlərin məntiqə əsaslanmış cavabları onun qaldırdığı hərəkəti dayandırdı. dayaq.org