Ev tapşırıqlarına hansı yolla maraq yaratmaq olar?
Ev tapşırıqlarına hansı yolla maraq yaratmaq olar?
0 Vote
72 View
Siz heç vəchlə ev tapşırıqlarını sevdirə bilməzsiniz. Yaxşısı budur ki, bu tapşırıqların zəruriliyini qəbul etdirmək barədə düşünək. Uşağın əvəzinə tapşırığı yerinə yetirmək olmaz. Bu iş tamamilə faydasızdır. Uşağa ən yaxşı kömək odur ki, ev tapşırıqlarının yerinə yetirilməsi üçün münasib proqram hazırlayasınız. Bu proqramda sizin iştirakınız və məktəbdən sonrakı işlər nəzərdə tutulmalıdır. Uşaq özü belə bir proqram hazırlamaqda acizdir. Ona sakit və münasib mühit yaratmaqla kömək edin. Valideynin ev tapşırıqlarına münasibəti uşağın bu tapşırıqlara münasibətinin formalaşmasında təsirlidir. Ev tapşırıqlarından tənbeh kimi istifadə olunması uşaqda ikrah doğurur. Amma valideyn öz iştirakı ilə ev tapşırıqlarını uşaq üçün maraqlı bir işə çevirə bilər. Əgər uşağı ev tapşırıqlarının həllinə qismən həvəsləndirə bilsəniz, bu böyük nailiyyət olar.