İnkişafda olan uşaq üçün itaətsizlik təbiidirmi?

Bəli, övladınız üçün bütün inkişaf mərhələlərində itaətsizlik təbii haldır. İtaətsizliyinə görə əsəbiləşdiyinizi dərk etməyən uşaq hələ ki dəcəlliyin mənasını anlamır. Valideynin razılığını onun narazılığından fərqləndirə bilən uşaq öz hərəkətlərinə nəzarət etməyə başlayır. Dəcəllik də başa düşən uşağa aiddir. Valideyn uşağın hərəkətini o zaman dəcəllik kimi qiymətləndirməlidir ki, onun bilərəkdən hərəkət etdiyinə əmin olsun. Uşağın dəcəlliyinə görə narahat olmayın. O, sizin qoyduğunuz qanunlardakı zəif nöqtələri axtarır. Onun məqsədi sizi narahat etmək yox, təyin olunmuş çərçivənin hüdudlarını müəyyənləşdirməkdir. Sizin narahatçılığınız o vaxt əsaslı olar ki, uşaq dəcəlliyə ara verməsin.