Drawer trigger

Valideyn məktəbə aid işlərdə iştirak etməlidirmi?

Zənnimcə, belə bir iştirak valideyn üçün vacib deyil. Sizin məktəb məsələlərinə ciddi yanaşmağınız uşaqda daxilən razılıq hissi doğurur. Dərs zamanı sinfə getməyin. Amma məktəbdəki yığıncaqlarda iştirak edin. Müəllimlə birbaşa əlaqə qurmağınız uşağın məsuliyyət hissini artırır. Uşağın məktəb və müəllimə hörmətində valideynin məktəbə münasibəti mühüm rol oynayır. Valideyni məktəb işlərində iştirak edən uşağın şəxsiyyəti daha ictimai olur və o, cəmiyyət qarşısında daha çox məsuliyyət hiss edir. Əksər uşaqlar məktəbi evə, ailəyə, ailəni isə məktəbə bənzədirlər. Müəllimi qonaq çağırmaq uşaq üçün olduqca böyük hadisədir və uşağın müəllimə əlaqəsini asanlaşdırır. Müəllim uşağın ailəsi ilə tanış olduqda uşaq onu öz həyatına şərik bilir. Amma müəllimidəvət etməzdən qabaq uşağın razılığını almaq lazımdır. Belə olduqda uşaq özünü bu qonaqlıq üçün cavabdeh hesab edir. O, süfrəyə qulluq zamanı özünü fəal göstərməklə ailədəki rolunu müəllimin nəzərinə çatdırmaq istəyir. Qonaqlığın gedişində uşağın məktəblə bağlı olmayan zəif nöqtələrini açmaq olmaz. Heç məktəb problemləri haqqında da danışmaq münasib deyil.