Drawer trigger

Övladlığa götürdüyüm uşaqla doğma övladım arasında fərq qoymalıyammı?

Övladlığa götürdüyünüz uşağa eynən doğma övladınız kimi yanaşmalısınız. Ona uyğunlaşmaq çətinlik törətsə də, bilməlisiniz ki, götürülmüş uşaqla doğma uşaq arasında elə bir fərq yoxdur. Bu iki uşaq güzgü qabağında dayanıb, kimin ata-anaya daha çox oxşadığını bilmək istəyirsə narahat olmayın. Bəzən doğma övlad da götürülmə olduğunu zənn edir. Bir çox uşaqlar belə düşüncələrdən iztirab çəkir. Demək, bu iki körpəni bir-birindən fərqləndirəcək ciddi bir amil yoxdur.