Öz övladlarım olduğu halda övladlığa uşaq götürə bilərəmmi?

Övladlığa qəbul olunmuş uşaq o biri uşaqların doğma olduğunu bilərsə, narahat olar. Bu narahatlığı aradan qaldırmaq üçün ona xüsusi məhəbbət göstərməlisiniz. Əgər siz həm öz övladlarınız, həm də götürülmüş övladla onların ləyaqətinə uyğun rəftar etsəniz, götürülmüş körpə başa düşər ki, sizin üçün onların ögey-doğmalığı yox, ləyaqəti əsasdır. Əgər öz məhəbbətinizi bərabər paylaya bilsəniz, qismən də olsa, paxıllıq hissinin qarşısını alarsınız. Götürülmüş uşaq üçün ən ağrılı nöqtə həqiqi övladlar tərəfindən ögeylikdə qınanmasıdır. Əgər doğma övladınızın “biz səni məcbur olub götürmüşük” sözlərinə şahid olsanız, dərhal hər iki uşağa bildirin ki, siz onu sevdiyiniz üçün qəbul etmisiniz.