Uşağımın bacı və ya qardaşa ehtiyacı varmı?

Bu Suala konkret cavab vermək çətindir. Amma mən bunu faydalı hesab edirəm. Sözsüz ki, bacı və ya qardaş yeni problemlər deməkdir. Əgər bu problemlər düzgün həllini taparsa, bacı və ya qardaş da övladınız üçün faydalı olar. Bacı və ya qardaşı olan uşaq başqaları ilə daha asan əlaqə qurur. O, bölgü aparmağı, paxıllığın qarşısını almağı, şəxsiyyətini formalaşdırmağı öyrənir. Ən əsası isə övladlar bir-birinə yardımçı olur, xaricdən təsirlər zamanı bir-birlərinə arxa dururlar. Bacı-qardaşı olan uşaq sizin ayrı-ayrı uşaqlara fərqli münasibətinizi müşahidə edərək özünü düzəltməyə çalışır. Bacı-qardaşı olan uşaqlar ailənin bir yerə toplanmasından daha çox ləzzət alırlar. İstənilən birimiz uşaqlıq dövründəki ad günlərini, bayram tədbirlərini xatırlayarkən sevinc hissi keçiririk. Ailə quran gənclər öz övladları üçün həmin tədbirləri keçirməklə öz uşaqlıqlarını xatırlayırlar. Ailədə uşaqların sayı nə qədər çox olarsa ailəvi tədbirlər bir o qədər təlatümlü keçər. Əgər ailədə həm bacılar, həm də qardaşlar varsa bu uşaqlar ailə qurduqdan sonra onların övladlarının bibisi, xalası, əmisi, dayısı olur. Ailələrarası münasibətlərdən asılı olmayaraq, bu uşaqlar arasında nəsil bağlılıqları yaşayır