Əkbərin imdad istəməsi (rövzə)

Səsləyər baba, yetiş imdadıma bəs hardasan? Əl-aman səs ver yanan fəryadıma, bəs hardasan? Gəl yubanma xeymələrdən dadıma, bəs hardasan? Ah-naləmdən töküldü suz əgər torpağa, Peykərindən qan axır dəşti-bəla səhrasına, Qan tökür qüdsiyan insan kimi qovğasına, Lalə nəqşin qan çəkibdir surəti-zibasına, Ox dəyib yorğun düşüb meydanda əfsər torpağa. Surətindən qan axır yoxdu yarasın bağlayan, Vəhşəti Kərbü-bəladan qərqi-qəmdir asiman, Qaməti şahzadəni puşeş edib tirü-kəman, Gör nə halilə yıxıldı qanlı peykər toprağa. Əl-qərəz gəldi hicazın şahı meydana o gün, Sərzəmini-Kərbəla gördü batıb qana o gün, Qan veribdi Əkbəri ayini-Qurana o gün, Başda bir yara düşüb manəndi Heydər torpağa.       Mərsiyələr Kitabından