İmamın (ə) zəban halı (nöhə)
İmamın (ə) zəban halı (nöhə)
0 Vote
21 View
Dizim quvvəsi ay bala, gözüm ziyası ay bala, Ayağa dur qocalmışam, əlim əsası ay bala ². O bağbanam od tutub yanıb fəğana gəlmişəm, Əsibdi sərasər xəzan bu gülüstana gəlmişəm, Solub gülüm, yanıb dilim, qəmində cana gəlmişəm. Gedibdi əldən ömrümün gözəl səfası, ay bala. Oğul, şil olsun əlləri, səni bu hala kim salıb? Bu zarü bi pənahidən qərarü-səbrü-tab alıb. Göz aç oyan qərib atan cənazən üstə tək qalıb, Ürəkdə dərdü-qüssəmin yox intəhası, ay bala. Dəyibdi yara başına şeküftələndi lalə tək, Düzüldü qətrə-qətrə qan o gül üzündə jalə tək, Dolubdu laxta qanilə iki gözün piyalə tək, Gələydi sinəmə mənim gözün qadası, ay bala. Əli əkbərin (ə) vidası Xeymədən ki, nazilə Əkbəri çıxartdılar, Rubəru qabağına Əsğəri çıxartdılar. Gördülər Səkinəni qaçdı qəm otağına, Çıxdı xeymədən alıb Əsğəri qucağına, Gətdi sürətilə tez Əkbərin qabağına, Durdu birdən ağladı, məhşəri çıxartdılar. Bülbülə nə hal olar görsə qönçə yarpağın, Əkbərin dolub gözü şiri-xari görcəyin, Aldı öpdü ləblərin bir də öpdü qundağın, Ta bələkdən açdılar əlləri çıxartdılar. Ta iki susuz dodaq dəmbədəm öpüşdülər, Gərdi-matəmə hərəm, yeksərə bələşdilər, Hey olar öpüşdülər, hey bular mələşdilər, Əl gedib bağlara zülfləri çıxartdılar. Mərsiyələr Kitabından