Tapdı oğlun o çətin vəqtidə del xəstə imam,
Tapdı oğlun o çətin vəqtidə del xəstə imam,
0 Vote
19 View
Tapdı oğlun o çətin vəqtidə del xəstə imam, Dedi oğlum necə gör bikəs atan cana gəlib. Evimi yıxdılar oğlum, sən əqəllən gözün aç, Hər bəla vardı məni-zarü-nəvaxanə gəlib. Atanı gör nə günə qoydu sənin dərdü-qəmin, Bükülüb qaməti, göz yaşı dönüb qanə gəlib. Yumulan gözlərin aç, dərdimə qıl çarə oğul, Qoca vaxtında atan çarəvü-dərmanə gəlib. Niyə dindirmirsən oğlum ürəyi qan atanı, Fikr edirsən bala didarına biganə gəlib? Yıxılan ərsədə sən can verən həsrətlə mənəm, Bu ölüm başının üstə məni-nalanə gəlib. Mərsiyələr Kitabından