Qardaş ağlama
Qardaş ağlama
0 Vote
4 View
Yaralıyam yıxılmışam, Düşübdü qollarım əxa, Ağa əlin qoy alnıma, Əlindi dərdimə şəfa. Durammıram ayağına bağışla sərvərim, mən, Qolum düşəndə başıma dəyib əmudi ahəni, Dolubdu qanilə gözüm görənmirəm ağa, səni². Başımı al qucağına verəndə can edim səfa, Mənə gözəldi gəlməyin, başım ucaldı seyyidi, Fələk nədən bu səmtidən yolumu saldı seyyidi, Su xeyməgaha çatmadı,bacım qocaldı,seyyidi². Eşitsə qardaşı ölüb necə dözər o binəva, Hüseyn açıbdı qolların yaralını qucaqladı, Öpüb əmmaməsiz başı sinəsi üstə saxladı². Buyurdu qardaş,ağlama, vəli özü çox ağladı, Bu dərdi yaxşı dərk edər ürəyinə dəyən yara². Mərsiyələr Kitabından