İmamın zəban halı
İmamın zəban halı
0 Vote
15 View
Cavanani-bəni-haşim, gəlin Əkbər batıb qana, Vücudü pər-pər olmuş, gül kimi düşmüş biyabana. Aparın xeyməyə bu gül bərg təri, Görə əhli-hərəm bu qanlı peykəri. Mənim yox taqətim, oğlum ölüb, qəddim kaman oldu, İşıqlı ulduzum ərşi-şəhadətdə nihan oldu. Salıb dildən məni bu dilbəndi-Rəsul, Oğul vay səslərəm pərişanü-məlul. Həzrət Hüseynin (ə) zəban halı Dur yatma qətligahida ey qəhrəmanım Əkbər, Yox dizlərimdə taqət, ey mehribanım Əkbər. Cəddim düşəndə yada fövrən sənə baxardım, Cəddim şəbihi oğlum, qol boynuna salardım, Peyğəmbəri Xudanın mən ətrini alardım, Adın olubdur əlan virdi zəbanım, Əkbər. Aç gözlərin Əli can, ollam gözün fədası, Dəysin mənə bu çöldə ol gözlərin qadası, Əndazədən çıxıbdır görrəm başın yarası, Olsun sənə Əli can, qurban bu canım, Əkbər. Zeynəb gəlib qabağa səslərdi can Hüseynim, Ey Fatimə nişanı, ruhi-rəvan Hüseynim, Oğlun ölüb, yoxundur tabü-təvan Hüseynim, Yatmış əbanın içrə cismimdə canım, Əkbər. Əllər başında səslər ol bülbüli Mədinə Qurban olum deyərdi, qardaş bacın Səkinə, Zülm etdi Kufə əhli mən bikəsü həzinə, Ağzımda teşnəlikdən dönmür zəbanım, Əkbər. İmamın oğluna zəban halı Dur yatma bu meydanda cavanım Əli Əkbər, Qoyma çıxa hicrində bu canım, Əli Əkbər. Əli can bala lay-lay. Əxyamda gözləyər yolunu əmmələr, ağlar, Olmuş bu qəmində bacılar didətər ağlar, Bu halətinə o hərəmi xunciyər ağlar, Ruzu-şəb olan virdi zəbanım, Əli Əkbər. Aç gözlərini bax mənə ey cəddimə bənzər, Qoyma yumula heyfdir oğlum, ala gözlər, Gəhvarədə bu halına ağlar Əli Əsğər, Yandırma məni ruhu-rəvanım, Əli Əkbər. Səslədi cavanlarını meydani-bəlayə, Ta Əkbəri həml eləyələr xeyməsərayə, Salalar xeymədə gəl cisminə sayə, Yoxdur vəli durmağa təvanım Əli Əkbər. Ta yetdilər meydana ürək dağladı Əbbas, Baxdı o yaralı balaya, ağladı Əbbas, Ağuşa aldı, gözünü bağladı Əbbas, Səslərdi əmi dur səni canım, Əli Əkbər. Mərsiyələr Kitabından