262-Cİ AYƏ

    الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ ثُمَّ لاَ يُتْبِعُونَ مَا أَنفَقُواُ مَنًّا وَلاَ أَذًى لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ (262)   TƏRCÜMƏ:   “Öz mal-dövlətlərini Allah yolunda infaq etdikdən sonra (etdikləri infaqa görə kimsəyə) minnət qoymayanların və əzab-əziyyət verməyənlərin mükafatı Allah yanındadır. Onların nə bir şeydən qorxuları vardır, nə də qəmgin olarlar.”   TƏFSİR:   HANSI İNFAQ DAHA DƏYƏRLİDİR?   Əvvəlki ayədə Allah yolunda infaq etməyin əhəmiyyəti ümumi şəkildə bəyan edildi. Bu ayədə isə onun bəzi şərtlə-ri qeyd olunaraq buyurulur: Öz mal-dövlətlərini Allah yo-lunda infaq etdikdən sonra bir kimsəyə minnət qoymayanların və əzab-əziyyət verməyənlərin mükafatı Allah yanındadır.   Bundan əlavə, onlar üçün nə bir qorxu vardır, nə də qəm-gin olarlar: وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ   Deməli, öz mal-dövlətlərini Allah yolunda infaq et-dikdən sonra, əzab-əziyyət verib minnət qoyanlar, yaxud əzab-əziyyətə səbəb olan işlər görənlər bu yaramaz əməlləri ilə Allah dərgahındakı savab və mükafatlarını məhv edib ara-dan aparırlar. Hətta demək olar ki, belə şəxslər bir çox hallarda borc verən deyil, borclu sayılırlar. Çünki, insa-nın abır-heysiyyəti, eləcə də onun ictimai və mənəvi sərmayə-si mal, dövlət və sərvətdən müqayisəedilməz dərəcədə üstündür.   لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ“Ləhum əcruhum ində rəbbihim” (onların sa-vab və mükafatı Rəbbinin yanındadır) cümləsi infaq edənlə-rə bu yolda tam xatircəmlik bəxş edir və onların daha əzm-lə çalışmaları üçün əcr və mükafatlarının Allah yanın-da toxunulmaz olmasını bəyan edərək onlara təminat verir. “Rəbbihim” kəlməsi də göstərir ki, Allah onlara pərvəriş verir və onların mal-dövlətini artırır.   Nurul-Quran - «BƏQƏRƏ» SURƏSININ təfsiri