266-CI AYƏ
266-CI AYƏ
0 Vote
88 View
أَيَوَدُّ أَحَدُكُمْ أَن تَكُونَ لَهُ جَنَّةٌ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ لَهُ فِيهَا مِن كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاء فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ (266) TƏRCÜMƏ: “Məgər sizdən biriniz istərmi ki, xurma ağacları, üzüm-lükləri, ağacları altından arxlar axan və içində cürbəcür meyvə-ləri olan bir bağı olsun, sonra zəif (və kiçik) uşaqları olduğu halda, ona qocalıq üz versin, (bu zaman) odlu (və güclü bir) qasırğa əssin və o (bağ) yanıb tələf olsun? (Öz infaq və ehsanlarında min-nət qoyub əzab-əziyyət verənlərin əməlinin nəticəsi də belədir.) Allah Öz ayələrini sizin üçün bu cür aşkar edir ki, bəlkə dərin-dən düşünəsiniz (və bununla da haqq yolunu tapasınız).” TƏFSİR: DİGƏR BİR MİSAL Bu ayədə insanın qiyamət günündə saleh əməllərə nə qədər möhtac olması, həmçinin riyakarlıq, minnət qoymaq və əzab-əziyyət verməyin saleh əməlləri və infaqı necə aradan aparması daha da aydın olsun deyə, digər bir maraqlı misal göstərilir. Bu misal o kəslərin vəziyyətini təcəssüm etdi-rir ki, onların müxtəlif ağacları (xurma, üzüm və s.) yaşıl və təravətli bir bağı vardır. Bu bağın ağaclarının altın-dan həmişə su axır, onların suvarılmağa heç bir ehtiyacı yoxdur. Bu misalda bağ sahibi qocalıb əldən düşmüş, zəif və körpə uşaqları ətrafını tutan şəxs kimi təqdim olunur. Bu uşaqların dolanışıq xərcləri də yalnız bu bağın vasi-təsi ilə təmin olunur. Bu bağ məhv olub aradan gedərsə, nə onun özü, nə də körpə övladları onu yenidən bağ halına sal-mağa qadir deyillər. Təsadüfən güclü və yandırıcı bir qa-sırğa külək əsir, o bağı yandırıb külə döndərir. Bu zaman artıq qocalıb əldən düşmüş, özünün və övladlarının dola-nışığını başqa bir yerdən təmin etməyə qadir olmayan bu şəxsin vəziyyəti necə olar? O necə də həsrət çəkib qəm-qüssəyə düçar olar! Yaxşı əməllər etdikdən sonra riyakarlıq etməklə, min-nət qoyub əzab-əziyyət verməklə onu puç edən şəxslərin vəziy-yəti də belədir. Onlar bir çox əzab-əziyyətlərə sinə gərib öz əməyinin səmərəsinə hər şeydən artıq möhtac olduğu bir za-manda (qiyamət günündə) əməyinin nəticəsi puç olub tamami-lə aradan gedir, əlində həsrət və qəm-qüssədən başqa heç bir şey qalmır. كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ Bütün bu bədbəxtliklərin, xüsusilə faydası çox az, vur-duğu ziyanlar isə çox böyük və ağır olan minnət qoymaq kimi əbəs bir işin mənşəyi əql qüvvəsindən lazımınca istifadə etməməkdir. Buna görə də ayənin sonunda Allah-taala insan-ları təfəkkür və düşüncəyə dəvət edib buyurur: “Allah Öz ayələrini sizin üçün belə bəyan edir ki, bəlkə düşünəsiniz.” Nurul-Quran - «BƏQƏRƏ» SURƏSININ təfsiri