264-265-Cİ AYƏLƏR
264-265-Cİ AYƏLƏR
0 Vote
81 View
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ فَمَثَلُهُ كَمَثَل ِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لاَّ يَقْدِرُونَ عَلَى شَيْءٍ مِّمَّا كَسَبُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ (264) وَمَثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ (265) TƏRCÜMƏ: 264- “Ey iman gətirənlər! Bəxşişlərinizi (sədəqələrinizi) öz mal-dövlətini camaata göstərmək üçün (riyakarlıq məqsədi ilə) infaq edən, Allaha və qiyamət gününə iman gətirməyən şəxs-lər kimi, minnət qoymaqla və əzab-əziyyət verməklə puça çıxarma-yın. Onun (əməlinin) məsəli, üzərində (nazik) torpaq qatı olan (və toxum səpilən) bir daşın məsəli kimidir. Onun üzərinə iri damlalı yağış yağar (və onun üstündə olan torpağın və toxumla-rın hamısını yuyub aparar), onu tər-təmiz hala salar. Onlar, öz əməllərindən heç bir şey (və müsbət nəticə) əldə etməzlər. Allah kafir qövmləri hidayət etməz.” 265- “Və Allahın razılığını qazanmaq və öz ruhlarında (in-sani səciyyələri) təsbit etmək üçün mal-dövlətlərini infaq edənlərin (işi) uca bir yerdə olan bağa bənzəyər ki, oraya iri dənəli yağış yağar (və səfalı havadan, günəşin nurundan tam şəkildə bəhrələnər), öz səmərəsini bir neçə qat artırar (ki, həmişə təzə və təravətlidir). Əgər ona iri damlalı yağış yağmasa da, narın yağış yağar və üzərinə şəbnəm çökər. (Buna görə də həmişə təra-vətli olar). Allah sizin yerinə yetirdiyiniz bütün işləri gö-rəndir.” TƏFSİR: Yuxarıdakı ayədə bu həqiqət bəyan olunur ki, imanlı şəxslər Allah yolunda etdikləri infaq müqabilində bir kə-sə minnət qoymamalı, əzab-əziyyət verərək onu puça çıxarma-malıdırlar. Sonra isə iki maraqlı məsəl gətirməklə əvvəl-cə minnət qoymaq, əzab-əziyyət vermək və özünü göstərmək kimi yaramaz işlərlə yanaşı olan infaqı nəzərə çatdırır, sonra isə mənşəyi ixlas, insani duyğular olan infaqı belə bəyan edir: Üzərini nazik torpaq qatı örtmüş möhkəm bir daş parçasını nəzərə alın. O torpağa əkin üçün yararlı olan toxum əkilir, lazımi qədər günəş enerjisindən və havadan istifadə edir. Amma onun üzərinə yağış yağdıqda, şübhəsiz ki, üstündəki nazik torpaq layını yuyub aradan aparacaqdır. Bununla yanaşı o toxumlar da yuyulub aradan gedəcəkdir. Nəticədə heç bir bitkini cücərtməyə qabil olmayan bu daş parçasının qabarıq sifəti aşkar olacaqdır. Səbəbi də gü-nəş enerjisindən, yağışdan və havadan lazımınca isti-fadə etməməsi və ya bu amillərin mənfi təsir qoyması deyil, əkin yerinin həmin məqsəd üçün əlverişli və münasib bir yer olmamasıdır. Onun zahiri gözəl, batini isə çox bərk-dir, su və ya hava onun daxilinə nüfuz edə bilmir. Sadəcə olaraq onun üstünü nazik torpaq qatı örtmüşdür. Halbuki, bitkilərin cücərib inkişaf etməsi üçün müxtəlif şə-raitlər lazımdır. O cümlədən, torpağın təkcə üst qatı de-yil, həm də aşağı qatları da münbit olmalıdır. Qurani-kərim riyakarların əməllərini, onların daş ürəklərindən qaynaqlanan minnət və əzab-əziyyətlə yanaşı olan infaqlarını bərk daşın üstündə olan nazik torpaq qa-tına bənzədir ki, ondan heç bir bəhrə almaq olmaz və bu, bağ-ban və əkinçinini əməyini hədərə verər. Bu da birinci ayədə riyakarlıq, əzab-əziyyət və minnətlə yanaşı olan infaqlar üçün bəyan olunan təşbih idi.[ “Məcməul-bəyan”, 2-ci cild, səh.381] DİGƏR BİR MARAQLI MİSAL Mülayim küləklərin əsdiyi uca bir yerdə, təmiz havanın mövcud olduğu və günəş şüalarının altında yerləşən yam-yaşıl, təravətli bir bağı təsəvvür edin. Onun üzərinə iri damlalı yağış yağır. Belə yağışlar yağmadıqda da narın yağış damcıları və şəbnəmin təsirindən yenə də bağın ya-şıllıq və təravəti öz yerində qalır. Belə bir bağ da sair bağlarla müqayisədə artıq məhsul verir, çünki torpaq mün-bit və məhsuldardır. Bu yerin meyvə ağaclarının səmərə ver-məsində təkcə iri damlalı yağışlar deyil, həm də şəbnəm və narın yağış damcıları da kifayətdir. Belə bir bağ uca yerdə yerləşdiyi üçün günəş enerjisi və saf havadan lazımi qə-dər faydalanır, uzaqdan baxan hər bir şəxsin nəzərini özü-nə cəlb edir, gözəl mənzərəli olmaqdan əlavə, seldən də tam amandadır. Allahın razılığını qazanmaq, qəlblərindəki yəqin və imanlarını möhkəmləndirmək üçün öz mal-dövlətlərini infaq edənlər, xeyir-bərəkətli, məhsuldar və insanlara fay-da verən belə bir bağ kimidir. Nurul-Quran - «BƏQƏRƏ» SURƏSININ təfsiri