267-Cİ AYƏ
267-Cİ AYƏ
0 Vote
90 View
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِن طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُم مِّنَ الأَرْضِ وَلاَ تَيَمَّمُواْ الْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِآخِذِيهِ إِلاَّ أَن تُغْمِضُواْ فِيهِ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَنِيٌّ حَمِيدٌ (267) TƏRCÜMƏ: “Ey iman gətirənlər, (ticarət yolu ilə) əldə etdiyiniz pak (halal) mal-dövlətin bir qismini və sizin üçün yerdən çıxart-dığımız şeylərdən (yeraltı sərvət, mədənlər, bitkilər) infaq edin, napak şeylərin ardınca gedib onlardan infaq etməyin. Hal-buki, sizin özünüz (mal-dövləti qəbul edərkən) onları (napak şey-ləri) qəbul etməyə razı deyilsiniz və (belə şeyləri) yalnız ikrah hissi ilə qəbul edərsiniz. Bilin ki, Allah (hər şeydən) ehtiyacsız və sitayişə layiqdir.” AYƏNİN NAZİL OLMA SƏBƏBİ İmam Sadiq (ə)-dan nəql edilmişdir ki, bu ayə cahiliy-yət dövründə sələmçiliklə mal-dövlət toplayan və onu Allah yolunda xərcləyən bir neçə şəxsin barəsində nazil olmuş-dur. Allah-taala onları bu işdən çəkindirərək buyurdu ki, Allah yolunda pak-pakizə şeylərdən infaq etsinlər. “Məcməül-bəyan” təfsirində bu hədis qeyd edildikdən sonra Əli (ə)-ın belə buyurduğu nəql olunur: “Bu ayə quru, ətsiz və xoşagəlməyən xurmaları yaxşı xurmalarla qarışdırıb infaq edən kəslərin barəsində nazil olmuşdur. Allah onlara əmr etdi ki, bu işdən çəkinsinlər.” Ayənin nazil olması barədə qeyd olunan bu iki səbəb arasında heç bir təzad yoxdur və onun hər iki dəstə barə-sində nazil olması mümkündür. Onlardan biri mənəvi və batini paklığa, digəri isə zahiri və maddi keyfiyyətə işarə ola bilər. TƏFSİR: HANSI MAL-DÖVLƏTİ İNFAQ ETMƏK LAZIMDIR? Keçən ayələrdə infaqın səmərələri, infaq edənlərin xüsusiyyətləri və bu insani və Allahın bəyəndiyi işi aludə edə bilən, onun mükafatını aradan aparan əməllər geniş şəkildə bəyan edildi. Bu ayədə isə infaq edilməli olan ma-lın hansı növdən və keyfiyyətdə olması şərh olunur. Ayənin birinci cümləsində Allah taala imanlı şəxslərə göstə-riş verir ki, öz mallarının içində “təyyibat”dan, yəni pak-pakizə şeylərdən infaq etsinlər. Ərəb dilində “təyyib” kəlməsi pakizə mənasını ifadə edir. “Təyyibat” isə onun cəm formasıdır. Maddi və zahiri pakizəliyə deyildiyi kimi, mənəvi və batini paklığa da deyi-lir. Yəni o şeylərdən infaq edilməlidir ki, həm yaxşı və istifadəyə yararlı, faydalı olsun, həm də hər növ şübhədən və aludəlikdən pak olsun. Yuxarıda ayənin nazil olma səbə-bində qeyd olunduğu kimi, bu, ayənin mənasındakı ümumiliyi də çatdırır. “Ləstum bi axiziyhi illa ən tuğmizu fiyhi” (yəni sizin özünüz də pak olmayan şeyləri qəbul etməyə razı olmazsınız, yal-nız iğmaz və ikrah hissi ilə qəbul edərsiniz) cümləsi məqsədin təkcə zahiri paklıq olmadığını göstərir. Çünki imanlı şəxslər həm zahiri nəzərdən aludə olan və ya dəyərsiz olan malı, həm də məkruh, napak və şübhəli malları qəbul etməyə hazır deyillər. Bunları yalnız ikrah üzündən qəbul edə bi-lərlər: َ وَلَسْتُم بِآخِذِيهِ إِلاَّ أَن تُغْمِضُواْ فِيهِ “Ma kəsəbtum” cümləsi (yəni kəsb etdiyiniz şeylərdən) ticarət yolu ilə əldə edilən mal-dövlətə işarə edilir. وَمِمَّا أَخْرَجْنَا لَكُم مِّنَ الأَرْضِ “Mimma əxrəcna...” (yerdən sizin üçün çıxartdığımız şey-lərdən) cümləsi isə əkin sahələrindən, mədən və yeraltı tə-bii sərvətlərdən əldə edilən qazanclara işarədir. Deməli bu ayə bütün qazanc növlərinə şamil olur. Çünki insanın malik olduğu bütün nemət və sərvətlərin mənşəyi yer və onun müxtəlif ehtiyatlarıdır. Hətta sənaye, ticarət, maldarlıq və sair kimi qazanc növlərinin hamısının mənşəyi yerdir. Bu cümlə həm də bunu çatdırır ki, Allah bütün bu ehtiyatları sizin ixtiyarınıza qoymuşdur. Ona görə də bu sərvətlərin ən yaxşısını və ən keyfiyyətlisini Allah yo-lunda xərcləmək lazımdır. وَلاَ تَيَمَّمُواْ الْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِآخِذِيهِ إِلاَّ أَن تُغْمِضُواْ فِيهِ Camaatdan bəzisinin adəti belədir ki, öz mal-dövlət-lərinin ən dəyərsizini, bəzi hallarda isə özləri üçün heç bir işə yaramayan, istifadə olunmayan şeyləri infaq edir-lər. Bu kimi infaqlar nə infaq edən şəxsin mənəvi yüksə-lişinə, insaniyyət ruhiyyəsinin inkişaf etməsinə səbəb olar, nə də ehtiyaclıların çətinliklərini həll edə bilər. Üstəlik, onlar üçün bir növ təhqir və hörmətsizlik də sa-yılır. Bu cümlə insanları açıq-aşkar şəkildə bu kimi iş-lərdən çəkindirib buyurur: Siz bu kimi mallardan necə infaq edirsiniz, halbuki, ikrah olmadan özünüz onları qəbul etməyə razı deyilsiniz?! Nə üçün sizin müsəlman qarda-şınız və yolunda infaq etdiyiniz Allah, sizin nəzərinizdə sizin özünüzdən aşağı tutulmalıdır?! Həqiqətdə bu ayə bu dəqiq məsələni xatırlatmaq istəyir ki, Allah yolunda edilən infaqların bir tərəfində yoxsul və ehtiyaclılar, digər tərəfində isə Allahdır və siz də məhz Allahın razılığını qazanmaq üçün infaq edirsiniz. Belə olan təqdirdə infaq üçün dəyərsiz şeyləri seçsəniz, həm təyyib mallarınıza layiq görməmiş olduğunuz üçün Pər-vərdigari-aləmin müqəddəs hüzuruna hörmətsizlik edil-miş olur, həm də ehtiyaclılara qarşı hörmətsizlik və təh-qir sayılır. Çünki, ola bilsin ki, onlar yoxsul olmalarına baxmayaraq, iman və insaniyyət baxımından yüksək məqama ma-lik olsunlar və onların ruhu belə yaramaz infaqlar səbəbi-lə incimiş olsun. Diqqət yetirmək lazımdır ki, “la təmənnəv” (yəni nəzər-də tutmayın) cümləsi bəlkə də bunu çatdırır ki, əgər insa-nın infaq etdiyi şeylər arasında bəzən diqqətsizlik ucba-tından xoşagəlməyən şeylər olsa, bu işi qəsdən və bilərək-dən edənlər barəsində deyilən sözlər onlara aid deyildir: وَاعْلَمُواْ أَنَّ اللّهَ غَنِيٌّ حَمِيدٌ Bu cümlədə buyurulur: “Bilin ki, Allah (hər şeydən) ehti-yacsız və tərifə layiqdir.” Yəni diqqət yetirmək lazımdır ki, siz elə bir Allah yo-lunda infaq edirsiniz ki, O, hər bir şeydən ehtiyacsızdır və tərif yalnız Ona məxsusdur və O, bütün bu nemətləri si-zin ixtiyarınızda qoymuşdur. Mümkündür ki, “Həmid” kəlməsi “həmd edən” mənasında da olsun. Belə olduqda cümlənin mənası belə olur ki, O eh-tiyacsız olmaqla yanaşı, sizi etdiyiniz infaqlar qarşısın-da dəyərləndirir. Buna əsasən, çalışın, pakizə mallarınız-dan infaq edin. Nurul-Quran - «BƏQƏRƏ» SURƏSININ təfsiri