263-CÜ AYƏ
263-CÜ AYƏ
0 Vote
86 View
قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَآ أَذًى وَاللّهُ غَنِيٌّ حَلِيمٌ (263) TƏRCÜMƏ: “(Ehtiyaclılar qarşısında) yaxşı sözlər danışmaq (və et-dikləri kobudluqlar qarşısında onları) əfv etmək, öz ardınca əzab-əziyyət gətirən infaqdan (bəxşişdən) daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.” TƏFSİR: Bu ayə əvvəldəki ayənin mətləblərini bir növ təkmil-ləşdirərək buyurur: Ehtiyaclıların qarşısında yaxşı və mülayim sözlər deyənlər, onların hətta kobudluqla üzlülük və israr etməsini əfv edib güzəştə gedənlər, bəxşiş etdik-dən sonra əzab-əziyyət verənlərdən daha yaxşıdır. Bu ayə islam dininin, şəxslərin ictimai dəyərlər və insanların heysiyyəti qarşısındakı məntiqini açıq-aydın şəkildə bəyan edir. Həmçinin bu insani dəyərləri qoruyub saxlamaq yolunda çalışaraq, möhtaclarla yaxşı və mülayim rəftar edənlərin, lazım olan şəraitlərdə onlara yol göstə-rənlərin və onların sirlərini heç vaxt faş etməyənlərin əməllərini, onlara cüzi miqdarda kömək etdikdə dərhal üz-lərinə çəkib onlara dil yarası vuran və şəxsiyyətini sındı-ran dar düşüncəli adamların bəxşişindən üstün sayır. Qeyd etdiyimiz kimi, bu kimi şəxslər yoxsullara xeyirdən daha çox zərər çatdırırlar, əgər müəyyən qədər maddi yardım etmişlərsə də, onu məhv edib aradan aparırlar. Deməli, “qovlun mərufun” kəlməsinin daha geniş mənası vardır və o, hər növ yaxşı sözlərə, qəlbə təskinlik verməyə, yol göstər-məyə və s. kimi şeylərə şamil olur. Yuxarıdakı ayədə “məğfirət” kəlməsi ehtiyaclı şəxslə-rin kobud hərəkətləri müqabilində əfv edib güzəştə gedil-məsinə deyilir. “Nurus-səqəleyn” təfsirində Peyğəmbəri-əkrəm (s)-dən belə nəql olunur: “Ehtiyaclı bir şəxs sizdən bir şey istəyəndə, onun sözünü kəsməyin, (və imkan verin ki,) öz məqsədini tam şə-kildə bəyan etsin. Sonra tam vüqar və mülayimliklə cavab verin; ya qadir olduğunuz şeyi ona verin, ya da (imkan və qüdrətiniz olma-dığı halda) layiqli surətdə (bir şey vermədən) onu yola salın. Mümkündür ki, o şəxs sizi imtahana çəkmək və Allahın sizə əta etdiyi nemətlər qarşısında necə əməl edəcəyinizi görmək üçün üçün göndərilmiş bir mələk olsun.”[ “Səfvan” kəlməsi “səfvanə” sözünün cəm formasıdır. Bu da saf və hamar daş mənasını ifadə edir. “Vabil” iri dənəli və şiddətlə yağan yağış, “səld” hamar daş, “zifeyn” isə iki qat artıq mənasına-dır.] Nurul-Quran - «BƏQƏRƏ» SURƏSININ təfsiri